Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Biləcəri qatar deposunda yanğın olub

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidYük qatarı, arxiv şəkli
Yük qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
Depo ərazisindəki vaqonlar, kommunikasiya xətləri və ərazidəki tikililər yanğından qorunub.
BAKI, 17 iyul - Sputnik. İyulun 17-də Biləcəri qəsəbəsində qatar deposunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
Qeyd olunur ki, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qatar deposunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlərlə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri dəmiryol deposunun ərazisində dəmiryol xətti boyunca 600m² sahədə quru ot, 50 ədəd taxta şpal, taxta tullantıları, ərazidən keçən elektrik kabeli 8p.m və 15 ədəd ağac yanıb. Vaqonlar, digər ağaclar, kommunikasiya xətləri və ərazidəki tikililər yanğından mühafizə olunub.
Xəbər lenti
0