https://sputnik.az/20220716/avronun-en-pis-gunleri-onun-zeiflemesi-azerbaycan-iqtisadiyyatina-nece-tesir-edecek-444035648.html
Avronun ən pis günləri: Onun zəifləməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Avronun ən pis günləri: Onun zəifləməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Sputnik Azərbaycan
Avropa valyutasının ucuzlaşmasının həm müsbət, həm də mənfi nəticələri ola bilər. Zəif avro Azərbaycana necə təsir edəcək? 16.07.2022, Sputnik Azərbaycan
2022-07-16T09:01+0400
2022-07-16T09:01+0400
2022-07-16T09:01+0400
avro
iqtisadiyyat
neft fondu
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966963_0:161:3071:1888_1920x0_80_0_0_2c585b10742de07744a00916578e342f.jpg
BAKI, 16 iyul — Sputnik. Avropa valyutası hazırda yarandığı gündən bəri ən pis günlərini yaşayır. O, dollardan aşağı səviyyədə mübadilə edilir və müvafiq olaraq, məzənnəsi dollara bağlı olan valyutalar da ucuzlaşıb.Avronun ucuzlaşmasına səbəb ilk növbədə avrozonadakı enerji böhranı olub. Bu da yüksək inflyasiya üçün katalizator rolunu oynayırdı.Avropa valyutasının ucuzlaşması Aİ ölkələrində iqtisadi artımla bağlı pessimist proqnozlara səbəb olub. Avropa Komissiyası (AK) avrozonada ÜDM-in 2023-cü il üçün artım proqnozunu 1,4%-ə (yaz proqnozunda 2,3%) endirib.AK həmçinin avrozonada, 2022-ci ildə 7,6% və 2023-cü ildə 4% olmaqla, 2022-ci ilin yazında gözlənilən 6,1% və 2023-cü ildə 2,7% səviyyəsində olan inflyasiya proqnozunu rekord dərəcəyə qədər azaldıb.Avronun ucuzlaşması gözlənilən olub?Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Beynəlxalq İqtisadiyyat" kafedrasının dosenti, iqtisad elmləri namizədi Emin Qəribli bildirib ki, uzun müddətdir, xüsusən də Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra Avropa ölkələrinin iqtisadiyyatında xeyli zəifləmə müşahidə olunur."Avropa İttifaqının və avronun nüfuzu, xüsusilə də son iki-üç il ərzində iqtisadiyyatın nəzərəçarpacaq dərəcədə zəifləməsindən sonra xeyli sarsılıb. Geosiyasi vəziyyət həmçinin avronun düşməsinə sövq edib", - deyə ekspert Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib.Ancaq avro valyutanın zəifləməsinin əsas səbəbi son 6 ayda qlobal inflyasiya ilə əlaqədar ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa başlamasıdır. İqtisadçı hesab edir ki, faiz dərəcələrinin artması son 20 ildə ən yüksək artım olub və bu da öz növbəsində dolların möhkəmlənməsinə səbəb olub."Avronun ucuzlaşması gözlənilən idi və bu müvəqqəti hadisədir. Ehtimal olunur ki, avqustun sonu - sentyabrın əvvəlində avro yenidən bahalaşmağa başlayacaq. Avropa Mərkəzi Bankı da uçot dərəcəsini artırmağa başlayacaq və nəticədə avro möhkəmlənəcək", - deyə Qəribli bildirib.Azərbaycan Dövlət Neft Fondunun ehtiyatlarıRəsmi statistikaya görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) öz valyuta ehtiyatlarının təxminən 20%-ni avro və funt sterlinqdə saxlayır. Bundan əlavə, Fond dünyanın mərkəzi banklarında Avropa valyutası ilə depozitlər qoyur.Xüsusilə, bu ilin yanvar ayında ARDNF Türkiyə Mərkəzi Bankında 1 milyard avro məbləğində depozit yerləşdirib.Bu əməliyyat ARDNF-nin investisiya qaydaları və strategiyası çərçivəsində həyata keçirilib. Bu sərmayənin Türkiyənin maliyyə sabitliyinə müsbət təsir göstərdiyi bildirilir.Azərbaycan üçün ucuzlaşan avronun müsbət və mənfi tərəfləriAvronun ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyi məsələsinə gəlincə, Qəribli hesab edir ki, valyuta aktivlərinin bir hissəsini avroda saxlayan ARDNF Avropa valyutasının məzənnəsinin aşağı düşməsindən o qədər də əziyyət çəkməyəcək."Bütün dünya valyuta ehtiyatlarının təxminən 20%-i avroda saxlanılır. Ola bilsin ki, qısamüddətli perspektivdə bütün mərkəzi banklar və ehtiyat fondları müəyyən qədər ziyan çəkə bilər. Ancaq bu, müvəqqəti haldır", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.Onun sözlərinə görə, sentyabr ayından etibarən Avropanın mərkəzi banklarının uçot dərəcələrini artırmağa başlayacağı gözlənilir, ona görə də avronun hazırkı məzənnəsi saxlanılsa belə, Azərbaycan Dövlət Neft Fondu üçün itkilər az olacaq."Qeyd etmək lazımdır ki, son zamanlar biz enerji daşıyıcılarının qiymətlərində artım müşahidə edirik - bu, qlobal inflyasiyanın əsas səbəblərindən biridir. Bunun hesabına Azərbaycan əlavə dividendlər və gəlirlər əldə edir. Hesab edirəm ki, dünyada mövcud olan makroiqtisadi vəziyyət ölkə üçün olduqca məqbuldur", - deyə iqtisadçı vurğulayıb.Avropa İttifaqından idxalın ucuzlaşmasıİqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, avronun hazırkı məzənnəsi əslində Azərbaycan üçün sərfəlidir, çünki Azərbaycan valyutası olan manat dollara bağlanması üzündən möhkəmlənir. Bu o deməkdir ki, Avropa malları və xidmətləri ölkəmiz üçün ucuzlaşır. Azərbaycan üçün bu vəziyyət müsbət məqamdır."Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi avro ilə ifadə olunub, lakin onların əksəriyyəti dollardadır. Ona görə də avronun ucuzlaşması Azərbaycan üçün daha sərfəlidir", - deyə iqtisadçısı qeyd edib.Həsənov sonda bildirib ki, Avronun ucuzlaşmasının səbəbləri Avrozona iqtisadiyyatının tənəzzülüdür - Aİ-də iqtisadi göstəricilərin pisləşməsi geosiyasi vəziyyətlə bağlıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966963_170:0:2901:2048_1920x0_80_0_0_0d6a1e90929f673646b2f318259f27f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
avro, neft fondu
Avronun ən pis günləri: Onun zəifləməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Avropa valyutasının ucuzlaşmasının həm müsbət, həm də mənfi nəticələri ola bilər. Zəif avro Azərbaycana necə təsir edəcək?
BAKI, 16 iyul — Sputnik. Avropa valyutası hazırda yarandığı gündən bəri ən pis günlərini yaşayır. O, dollardan aşağı səviyyədə mübadilə edilir və müvafiq olaraq, məzənnəsi dollara bağlı olan valyutalar da ucuzlaşıb.
Avronun ucuzlaşmasına səbəb ilk növbədə avrozonadakı enerji böhranı olub. Bu da yüksək inflyasiya üçün katalizator rolunu oynayırdı.
Avropa valyutasının ucuzlaşması Aİ ölkələrində iqtisadi artımla bağlı pessimist proqnozlara səbəb olub. Avropa Komissiyası (AK) avrozonada ÜDM-in 2023-cü il üçün artım proqnozunu 1,4%-ə (yaz proqnozunda 2,3%) endirib.
AK həmçinin avrozonada, 2022-ci ildə 7,6% və 2023-cü ildə 4% olmaqla, 2022-ci ilin yazında gözlənilən 6,1% və 2023-cü ildə 2,7% səviyyəsində olan inflyasiya proqnozunu rekord dərəcəyə qədər azaldıb.
Avronun ucuzlaşması gözlənilən olub?
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Beynəlxalq İqtisadiyyat" kafedrasının dosenti, iqtisad elmləri namizədi Emin Qəribli bildirib ki, uzun müddətdir, xüsusən də Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra Avropa ölkələrinin iqtisadiyyatında xeyli zəifləmə müşahidə olunur.
"Avropa İttifaqının və avronun nüfuzu, xüsusilə də son iki-üç il ərzində iqtisadiyyatın nəzərəçarpacaq dərəcədə zəifləməsindən sonra xeyli sarsılıb. Geosiyasi vəziyyət həmçinin avronun düşməsinə sövq edib", - deyə ekspert Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib.
Ancaq avro valyutanın zəifləməsinin əsas səbəbi son 6 ayda qlobal inflyasiya ilə əlaqədar ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa başlamasıdır. İqtisadçı hesab edir ki, faiz dərəcələrinin artması son 20 ildə ən yüksək artım olub və bu da öz növbəsində dolların möhkəmlənməsinə səbəb olub.
"Avronun ucuzlaşması gözlənilən idi və bu müvəqqəti hadisədir. Ehtimal olunur ki, avqustun sonu - sentyabrın əvvəlində avro yenidən bahalaşmağa başlayacaq. Avropa Mərkəzi Bankı da uçot dərəcəsini artırmağa başlayacaq və nəticədə avro möhkəmlənəcək", - deyə Qəribli bildirib.
Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları
Rəsmi statistikaya görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) öz valyuta ehtiyatlarının təxminən 20%-ni avro və funt sterlinqdə saxlayır. Bundan əlavə, Fond dünyanın mərkəzi banklarında Avropa valyutası ilə depozitlər qoyur.
Xüsusilə, bu ilin yanvar ayında ARDNF Türkiyə Mərkəzi Bankında 1 milyard avro məbləğində depozit yerləşdirib.
Bu əməliyyat ARDNF-nin investisiya qaydaları və strategiyası çərçivəsində həyata keçirilib. Bu sərmayənin Türkiyənin maliyyə sabitliyinə müsbət təsir göstərdiyi bildirilir.
Azərbaycan üçün ucuzlaşan avronun müsbət və mənfi tərəfləri
Avronun ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyi məsələsinə gəlincə, Qəribli hesab edir ki, valyuta aktivlərinin bir hissəsini avroda saxlayan ARDNF Avropa valyutasının məzənnəsinin aşağı düşməsindən o qədər də əziyyət çəkməyəcək.
"Bütün dünya valyuta ehtiyatlarının təxminən 20%-i avroda saxlanılır. Ola bilsin ki, qısamüddətli perspektivdə bütün mərkəzi banklar və ehtiyat fondları müəyyən qədər ziyan çəkə bilər. Ancaq bu, müvəqqəti haldır", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
Onun sözlərinə görə, sentyabr ayından etibarən Avropanın mərkəzi banklarının uçot dərəcələrini artırmağa başlayacağı gözlənilir, ona görə də avronun hazırkı məzənnəsi saxlanılsa belə, Azərbaycan Dövlət Neft Fondu üçün itkilər az olacaq.
"Qeyd etmək lazımdır ki, son zamanlar biz enerji daşıyıcılarının qiymətlərində artım müşahidə edirik - bu, qlobal inflyasiyanın əsas səbəblərindən biridir. Bunun hesabına Azərbaycan əlavə dividendlər və gəlirlər əldə edir. Hesab edirəm ki, dünyada mövcud olan makroiqtisadi vəziyyət ölkə üçün olduqca məqbuldur", - deyə iqtisadçı vurğulayıb.
Avropa İttifaqından idxalın ucuzlaşması
İqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, avronun hazırkı məzənnəsi əslində Azərbaycan üçün sərfəlidir, çünki Azərbaycan valyutası olan manat dollara bağlanması üzündən möhkəmlənir. Bu o deməkdir ki, Avropa malları və xidmətləri ölkəmiz üçün ucuzlaşır. Azərbaycan üçün bu vəziyyət müsbət məqamdır.
"Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi avro ilə ifadə olunub, lakin onların əksəriyyəti dollardadır. Ona görə də avronun ucuzlaşması Azərbaycan üçün daha sərfəlidir", - deyə iqtisadçısı qeyd edib.
Həsənov sonda bildirib ki, Avronun ucuzlaşmasının səbəbləri Avrozona iqtisadiyyatının tənəzzülüdür - Aİ-də iqtisadi göstəricilərin pisləşməsi geosiyasi vəziyyətlə bağlıdır.