https://sputnik.az/20220716/aqta-sahibkarlara-muraciet-edib-444056479.html
AQTA sahibkarlara müraciət edib
AQTA sahibkarlara müraciət edib
Sputnik Azərbaycan
Ticarət şəbəkələri tərəfindən quşçuluq məhsulları qəbul olunarkən AQTA-nın verdiyi baytarlıq şəhadətnaməsi və ya arayış tələb olunmalıdır. 16.07.2022, Sputnik Azərbaycan
2022-07-16T13:59+0400
2022-07-16T13:59+0400
2022-07-16T13:59+0400
cəmiyyət
aqta
qida təhlükəsizliyi
qida təhlükəsizliyi agentliyi
sahibkar
quş əti
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441664111_0:0:3140:1767_1920x0_80_0_0_5342b590141f87f3035db41e567cc369.jpg
BAKI, 16 iyul - Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.AQTA-dan bildirilib ki, monitorinqlər zamanı son günlərdə quş əti və quşçuluq məhsullarının baytarlıq şəhadətnaməsi olmadan satış şəbəkələrinə qəbul olunduğu, həmçinin belə məhsulların daşınmasında müvafiq müşayiətedici sənədin olmaması faktları aşkar edilib:"Agentlik quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, heyvan mənşəli məhsullar, o cümlədən quşçuluq məhsulları xüsusi risk qrupuna daxil olan qida məhsullarıdır və onların istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması və satışı zamanı müvafiq normativ hüquqi aktların tələblərinə əməl edilməməsi qanun pozuntusu olmaqla yanaşı, insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.Odur ki, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektləri daha diqqətli olmalı, eyni zamanda satış üçün quş əti və digər quşçuluq məhsullarını qəbul edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. Ticarət şəbəkələri tərəfindən quşçuluq məhsulları qəbul olunarkən AQTA-nın verdiyi baytarlıq şəhadətnaməsi və ya arayış tələb olunmalıdır. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur".AQTA bəyan edir ki, bu kimi hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunacaq və onların fəaliyyətinin qarşısı qanunvericiliyin tələbləri çərçivəsində qətiyyətlə alınacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441664111_332:0:3063:2048_1920x0_80_0_0_d72822462c7ae5d471a3eea36c509ec7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta, qida təhlükəsizliyi, qida təhlükəsizliyi agentliyi, sahibkar, quş əti
aqta, qida təhlükəsizliyi, qida təhlükəsizliyi agentliyi, sahibkar, quş əti
AQTA sahibkarlara müraciət edib
Ticarət şəbəkələri tərəfindən quşçuluq məhsulları qəbul olunarkən AQTA-nın verdiyi baytarlıq şəhadətnaməsi və ya arayış tələb olunmalıdır.
BAKI, 16 iyul - Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan bildirilib ki, monitorinqlər zamanı son günlərdə quş əti və quşçuluq məhsullarının baytarlıq şəhadətnaməsi olmadan satış şəbəkələrinə qəbul olunduğu, həmçinin belə məhsulların daşınmasında müvafiq müşayiətedici sənədin olmaması faktları aşkar edilib:
"Agentlik quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, heyvan mənşəli məhsullar, o cümlədən quşçuluq məhsulları xüsusi risk qrupuna daxil olan qida məhsullarıdır və onların istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması və satışı zamanı müvafiq normativ hüquqi aktların tələblərinə əməl edilməməsi qanun pozuntusu olmaqla yanaşı, insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Odur ki, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektləri daha diqqətli olmalı, eyni zamanda satış üçün quş əti və digər quşçuluq məhsullarını qəbul edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. Ticarət şəbəkələri tərəfindən quşçuluq məhsulları qəbul olunarkən AQTA-nın verdiyi baytarlıq şəhadətnaməsi və ya arayış tələb olunmalıdır. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur".
AQTA bəyan edir ki, bu kimi hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunacaq və onların fəaliyyətinin qarşısı qanunvericiliyin tələbləri çərçivəsində qətiyyətlə alınacaq.