https://sputnik.az/20220716/aqta-ctimai-iase-obyektlerinde-calisanlarin-muayineden-kecmediyi-hallar-askarlanib-444061129.html
AQTA: "İctimai iaşə obyektlərində çalışanların müayinədən keçmədiyi hallar aşkarlanıb"
AQTA: "İctimai iaşə obyektlərində çalışanların müayinədən keçmədiyi hallar aşkarlanıb"
Sputnik Azərbaycan
AQTA bəyan edir ki, aparılan nəzarət tədbirləri zamanı belə faktlar aşkarlandığı təqdirdə, müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində müvafiq... 16.07.2022, Sputnik Azərbaycan
2022-07-16T18:15+0400
2022-07-16T18:15+0400
2022-07-16T18:15+0400
cəmiyyət
aqta
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357435_0:108:3145:1877_1920x0_80_0_0_497b83fa26000efdcfc8a6baeb4fb8a4.jpg
BAKI, 16 iyul - Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.AQTA-dan bildirilib ki, nəzarət tədbirləri, eyni zamanda son dövrdə zəhərlənmə hadisələri ilə bağlı aparılan araşdırmalar zamanı qida zəncirinin müxtəlif mərhələlərində, o cümlədən ictimai iaşə obyektlərində çalışan və obliqat qrupuna (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) daxil olan işçilərin bir çox hallarda ilkin və dövrü tibbi müayinədən keçmədiyi hallar aşkar olunub:"Qeyd edək ki, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə müvafiq sahədə fəaliyyət göstərən bütün müəssisələrin işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri dövrdə vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir".Qeyd edilib ki, tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşlar, yaxud infeksiyalı yaraları, dəri infeksiyaları olan şəxslərin qida obyektlərində, xüsusilə, insanların kütləvi qidalandığı məkanlarda (şadlıq sarayları, mərasim evləri və s.) hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması həmin qidaları istehlak edən insanlarda mədə bağırsaq pozuntuları ilə müşahidə olunan halların baş verməsinə, həmçinin qida zəhərlənməsinə səbəb ola bilər:"Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalı, obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində dövri olaraq tibbi müayinədən keçmələri təmin olunmalıdır. Eyni zamanda konkret fəaliyyət sahəsinə uyğun olaraq görülən işin xüsusiyyətləri ilə əlaqədar, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi mövcud olan, habelə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət etməyən əməkdaşlar işdən kənarlaşdırılmalıdır.AQTA bəyan edir ki, aparılan nəzarət tədbirləri zamanı belə faktlar aşkarlandığı təqdirdə, müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357435_156:0:2887:2048_1920x0_80_0_0_c8fc1d0e7ff857be07fe448087a18b8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta
AQTA: "İctimai iaşə obyektlərində çalışanların müayinədən keçmədiyi hallar aşkarlanıb"
AQTA bəyan edir ki, aparılan nəzarət tədbirləri zamanı belə faktlar aşkarlandığı təqdirdə, müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.
BAKI, 16 iyul - Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan bildirilib ki, nəzarət tədbirləri, eyni zamanda son dövrdə zəhərlənmə hadisələri ilə bağlı aparılan araşdırmalar zamanı qida zəncirinin müxtəlif mərhələlərində, o cümlədən ictimai iaşə obyektlərində çalışan və obliqat qrupuna (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) daxil olan işçilərin bir çox hallarda ilkin və dövrü tibbi müayinədən keçmədiyi hallar aşkar olunub:
"Qeyd edək ki, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə müvafiq sahədə fəaliyyət göstərən bütün müəssisələrin işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri dövrdə vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir".
Qeyd edilib ki, tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşlar, yaxud infeksiyalı yaraları, dəri infeksiyaları olan şəxslərin qida obyektlərində, xüsusilə, insanların kütləvi qidalandığı məkanlarda (şadlıq sarayları, mərasim evləri və s.) hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması həmin qidaları istehlak edən insanlarda mədə bağırsaq pozuntuları ilə müşahidə olunan halların baş verməsinə, həmçinin qida zəhərlənməsinə səbəb ola bilər:
"Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalı, obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində dövri olaraq tibbi müayinədən keçmələri təmin olunmalıdır. Eyni zamanda konkret fəaliyyət sahəsinə uyğun olaraq görülən işin xüsusiyyətləri ilə əlaqədar, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi mövcud olan, habelə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət etməyən əməkdaşlar işdən kənarlaşdırılmalıdır.
AQTA bəyan edir ki, aparılan nəzarət tədbirləri zamanı belə faktlar aşkarlandığı təqdirdə, müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək".