Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidAuditoriyada tələbələr, arxiv şəkli
Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Abunə olmaq
Nazirlik xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.
BAKI, 15 iyul — Sputnik. İyulun 15-də "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna start verilir.
Təhsil Nazirliyindən verilən xəbərə görə, Nazirlik nəzdində "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama son müraciət tarixi 1 sentyabr 2022-ci ildir.
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.
Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Xatırladaq ki,proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0