https://sputnik.az/20220715/siniqcilar-bezen-xesteleri-daha-agir-veziyyete-salirlar---mutexessis-440708434.html
Sınıqçılar bəzən xəstələri daha ağır vəziyyətə salırlar - Mütəxəssis
Sınıqçılar bəzən xəstələri daha ağır vəziyyətə salırlar - Mütəxəssis
Sputnik Azərbaycan
Əgər vətər qopubsa, o, 3 həftədən sonra yapışır və onu dartıb yerinə salmaq çətin olur və ya sümük sınıbsa, 3 həftə ərzində bitişmə başlayır 15.07.2022, Sputnik Azərbaycan
2022-07-15T08:54+0400
2022-07-15T08:54+0400
2022-07-15T08:54+0400
sınıqçı
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/42342/85/423428533_0:0:3073:1728_1920x0_80_0_0_34c1616d7fa4e4db0ee3ea51277ea0d6.jpg
BAKI, 15 iyul — Sputnik. Tibbin inkişaf etdiyi bir dövrdə travmalar zamanı sınıqçıya gedilməsini düzgün hesab etmirəm.Sputnik Azərbaycan xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov deyib.Mütəxəssis bildirir ki, sınıqçıya müraciət etdikdən sonra vəziyyəti ağırlaşanlar az deyil: "Sınıqçıların bir sözü var, hər zaman deyirlər ki, sümük çıxmışdı, yerinə saldım. Topuq 3 yerdən sındıqdan sonra çıxa bilər. Bu səbəbdən vəziyyəti fəsadlaşaraq gələn xəstələrim az deyil. Sınıqçılar arasında möhkəm dartmalar, sərt masajlar nəticəsində xəstənin aldığı travmanı şiddətləndirənlər çoxdur".O deyir ki, mütəxəssis varsa, xəstə nə üçün sınıqçıya getməlidir?! E.Qasımovun sözlərinə görə, gecikmələr, gec müraciətlər bir çox fəsadlara səbəb olur: "Əgər vətər qopubsa, o, 3 həftədən sonra yapışır və onu dartıb yerinə salmaq çətin olur və ya sümük sınıbsa, 3 həftə ərzində bitişmə başlayır. 3 həftəyə qədər yumşaq sümük birləşir, 3 həftədən sonra sınıq yeri bərkiməyə başlayır. Bu zaman təzədən sümüyü sındırıb düzəltmək lazım olur".Qeyd edək ki, bu il Travmatologiya və Ortopediya İnstitutuna ayda 200-250 xəstə müraciət edib. Bu müraciətlərin 120-150-si, bəzən də yarısı travmalarla bağlı olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42342/85/423428533_0:0:2731:2048_1920x0_80_0_0_e6fa430cff932af62323aef99c11a7e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sınıqçı
Sınıqçılar bəzən xəstələri daha ağır vəziyyətə salırlar - Mütəxəssis
Əgər vətər qopubsa, o, 3 həftədən sonra yapışır və onu dartıb yerinə salmaq çətin olur və ya sümük sınıbsa, 3 həftə ərzində bitişmə başlayır
BAKI, 15 iyul — Sputnik. Tibbin inkişaf etdiyi bir dövrdə travmalar zamanı sınıqçıya gedilməsini düzgün hesab etmirəm.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov deyib.
Mütəxəssis bildirir ki, sınıqçıya müraciət etdikdən sonra vəziyyəti ağırlaşanlar az deyil: "Sınıqçıların bir sözü var, hər zaman deyirlər ki, sümük çıxmışdı, yerinə saldım. Topuq 3 yerdən sındıqdan sonra çıxa bilər. Bu səbəbdən vəziyyəti fəsadlaşaraq gələn xəstələrim az deyil. Sınıqçılar arasında möhkəm dartmalar, sərt masajlar nəticəsində xəstənin aldığı travmanı şiddətləndirənlər çoxdur".
O deyir ki, mütəxəssis varsa, xəstə nə üçün sınıqçıya getməlidir?!
E.Qasımovun sözlərinə görə, gecikmələr, gec müraciətlər bir çox fəsadlara səbəb olur: "Əgər vətər qopubsa, o, 3 həftədən sonra yapışır və onu dartıb yerinə salmaq çətin olur və ya sümük sınıbsa, 3 həftə ərzində bitişmə başlayır. 3 həftəyə qədər yumşaq sümük birləşir, 3 həftədən sonra sınıq yeri bərkiməyə başlayır. Bu zaman təzədən sümüyü sındırıb düzəltmək lazım olur".
Qeyd edək ki, bu il Travmatologiya və Ortopediya İnstitutuna ayda 200-250 xəstə müraciət edib. Bu müraciətlərin 120-150-si, bəzən də yarısı travmalarla bağlı olub.