CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dillərə dastan olan Xudayarın doğum günüdür

© Photo : Sirxan MammedovYusifzade Xudayar
Yusifzade Xudayar - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Abunə olmaq
Ölümündən öncə Əliababa Məmmədovun Vahidin "Vətən yaxşıdır" mahnısı ilə qəlblərə yol açan Xudayar Yusifzadənin doğum günüdür. Yaşasaydı bu gün onun 24 yaşı tamam olacaqdı.
BAKI, 15 iyul — Sputnik. Videoları, ifaları, duzlu-məzəli söhbətləri ilə əbədi yaddışımıza həkk olunan Xudayar Yusifzadəni bu gün ölkədə yenicə dil açıb danışmağa başlamış körpələrdən tutmuş, ahıllara qədər hər kəs sevərək xatırlayır. Bu gün Vətən Müharibəsi şəhidindən biri - Xudayar Yusifzadənin doğum günüdür.
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. O, doğulandan 24 gün sonra atası vəfat edib. Anası 1 qızı, 3 oğlunu götürərək ata evinə gəlib və övladlarını valideynlərinin himayəsində böyüdüb. Xudayar evin, böyük ailənin sonbeşiyi olduğu üçün nənə-babasının yanında yeri bir başqa olub.
Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışıb.
Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi alıb.
Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra sərhədçi olmağı qərarlaşdıran Xudayar Yusifzadə ailəsindən könüllü olaraq müharibəyə getməsi xəbərini gizlədib ki, anası, nənəsi, əzizləri narahat olmasın. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edir. Sadəcə, hərbi təlimlərə qatıldığını deyən, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. O, oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmişdir. Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl, 20 oktyabr tarixində döyüş zamanı Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə yazılan eynidlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdı. Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrilmişdi. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində həmin mahnı ilə daha çox tanındı.
Xudayarın ifasında məşhurlaşan təsnif daha sonra xalq arasında "Xudayar təsnifi" olaraq məşhurlaşmış və daha sonra təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun təsdiqi ilə "Xudayar təsnifi" adlandırılıb.
2020-ci ildə Xudayar Yusifzadənin ifasında "Vətən yaxşıdır" təsnifi yeni aranjemandan təqdim olundu. Abbas Bağırov mahnını Xudayar Yusifzadənin ifası ilə duet formasında oxuyub.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi oldu.
Xudayar Yusifzadənin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fonduna şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən təhvil verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0