BAKI, 14 iyul — Sputnik. Yerlə Ay arasındakı məsafənin il ərzində ən minimuma endiyi günlərdə baş verən "Super Ay" hadisəsi iyulun 13-də baş verib. Belə ki, Yerin təbii peyki ona 357 263 km-ə qədər yaxınlaşıb. Bu, 2022-ci ildə müşahidə olunan ən yaxın məsafədir.Gecəyarısına yaxın Ay cənub üfüqündən maksimum yüksəkliyə çatıb. Günəş doğana qədər bütün gecə Super Ay Oxatan bürcündə parlayıb.Super Ay perigey və tam Ayın birləşməsidir, aralarındakı vaxt intervalı üç günü keçmir. Bu hadisələrin üst-üstə düşməsi hər il baş verir, lakin onlar nadir hallarda vaxt baxımından yaxın olurlar (9 saatdan az).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yer və onun təbii peyki bir-birinə maksimum yaxın olub.
BAKI, 14 iyul — Sputnik. Yerlə Ay arasındakı məsafənin il ərzində ən minimuma endiyi günlərdə baş verən "Super Ay" hadisəsi iyulun 13-də baş verib. Belə ki, Yerin təbii peyki ona 357 263 km-ə qədər yaxınlaşıb. Bu, 2022-ci ildə müşahidə olunan ən yaxın məsafədir.
Gecəyarısına yaxın Ay cənub üfüqündən maksimum yüksəkliyə çatıb. Günəş doğana qədər bütün gecə Super Ay Oxatan bürcündə parlayıb.
Super Ay perigey və tam Ayın birləşməsidir, aralarındakı vaxt intervalı üç günü keçmir. Bu hadisələrin üst-üstə düşməsi hər il baş verir, lakin onlar nadir hallarda vaxt baxımından yaxın olurlar (9 saatdan az).