DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna böhranını uzatmaqla ABŞ "özünü ayaqlarından güllələyir"

© AP Photo / J. Scott ApplewhiteUkrayna və ABŞ bayraqları, arxiv şəkli
Ukrayna və ABŞ bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.07.2022
Abunə olmaq
Çinli ekspert qeyd edib ki, Ukrayna böhranı nə qədər uzun sürərsə, Qərb bir o qədər çox zərər görəcək.
BAKI, 14 iyul — Sputnik. Qərb ölkələri Ukraynaya hərbi yardımın yeni problemlərdən başqa heç nə gətirmədiyini anlamağa başlayıblar. Bu barədə Çinin "Global Times" qəzetində dərc olunan məqalədə bəhs edilir.
"ABŞ Prezidenti Co Bayden "nə qədər lazımdırsa" Ukraynanın yanında olacağına söz versə də, münaqişənin və Ukraynanın səbəb olduğu yorğunluq həm Amerikada, həm də müttəfiq ölkələrdə, artan inflyasiya və Kiyevin ehtiyacları üçün xərclərdən yaranan xüsusən enerji və ərzaq böhranının başlaması ilə müşahidə olunur", - deyə məqalədə qeyd olunur.
Vaşinqton və müttəfiqlərinin Kiyevə nə qədər kömək edəcəyi ilə bağlı suallar getdikcə artır. Eyni zamanda, bəzi Amerika KİV-ləri ABŞ-ın Ukraynaya xərclədiyi böyük vəsaitlərdən təşvişə düşüb.
"Birləşmiş Ştatlar əvvəlcə Ukraynadan Rusiyanı zəiflətmək üçün mühüm piyada kimi istifadə etmək niyyətində idi. Paradoksal olaraq, onu sındırmaq mümkün olmadı. Əksinə, Moskvanın özü vəziyyətdən istifadə edərək, Qərb ölkələrini divara sıxdı. Amerikan strategiyası ABŞ-a bumeran kimi zərbə vura bilər", - deyə "Global Times"-ın hərbi eksperti Sun Çjunpin bildirib.
Onun sözlərinə görə, Ukrayna böhranı nə qədər uzun sürərsə, Qərb dövlətləri bir o qədər çox zərər görəcək. Eyni zamanda, bu böhranda çoxlu idarəolunmaz komponentlər var.
"Belə bir vəziyyətdə ABŞ və onun müttəfiqləri tezliklə başa düşəcəklər ki, Ukraynaya yardım onlar üçün ciddi nəticələrlə dolu qara dəliyə çevrilib", - deyə Sun əminliklə sözünə davam edib.
Kiyevi dəstəkləməyə gedən nəhəng vəsaitlər Vaşinqtonu dilemma qarşısında qoyub: gələcəkdə edəcəyi yardım ABŞ üçün ağır yükə çevriləcək, inflyasiya artacaq, əks halda, ABŞ administrasiyasının əvvəlki bütün səyləri boşa çıxacaq.
"Ukrayna böhranının təşəbbüskarı və təhrikçisi kimi ABŞ özünü ayağından güllələyir. Öz növbəsində, Qərb ölkələri əhalisinin əhəmiyyətli və artan hissəsi tezliklə başa düşəcək ki, Ukraynaya əvvəllər olduğu həcmdə yardım göstərmək çox çətindir. ABŞ və onun müttəfiqləri, nəhayət ki, hansı tərəfin keçilməz bataqlığa düşdüyünü anlamağa başlayıblar", - deyə nəşr dərc etdiyi məqaləni yekunlaşdırıb.
Xəbər lenti
0