https://sputnik.az/20220714/susada-vaqif-poeziya-gunleri-baslayib-443982346.html
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Sputnik Azərbaycan
Poeziya günlərində Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər və qazilər iştirak edirlər. 14.07.2022, Sputnik Azərbaycan
2022-07-14T11:29+0400
2022-07-14T11:29+0400
2022-07-14T11:30+0400
şuşa
mədəniyyət
molla
şeir
cıdır meydanı
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1d/427806852_0:0:3207:1805_1920x0_80_0_0_8fc3b145ea0e936171d81c512c57005d.jpg
BAKI, 14 iyul — Sputnik. İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də "Qarabağ" mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb.İrəliləyən saatlarda isə tədbirin rəsmi açılışı və konsert-tamaşa olacaq.Xatırladaq ki, ötən ilin avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir"" və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.Vaqif Poeziya GünləriXatırladaq ki, hələ 1967-ci ildə ümummilli lider Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyıb, ancaq məzarı tapa bilməyiblər. Onun göstərişi ilə məzar tapılıb, Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət edib. Nitqlərinin birində o, gördüyü bu məzarın Vaqifə layiq olmadığını söyləyib. Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə və türbə tikilib.Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin Cıdır düşünə yaxın ərazidə inşa edilib. Kompleksdə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılış mərasimi 1982-ci il 14 yanvarda keçirilib. Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. Soyuq, qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya istedadlı sənət adamları toplaşıb. Şuşada bu tarix milli mədəniyyət və sənət bayramına çevrilib.Ulu Öndər Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verib. Həmin tarixdən etibarən hər il avqust ayında Vaqif Poeziya Günləri düzənlənib. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib. Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəyə çevrilib. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatıb.Vaqif Poeziya Günləri bu şəhər erməni quldurları tərəfindən işğal olunandək davam edib. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, Vaqif Poeziya Günləri də Şuşada keçirilməyib.Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Şuşada düzənlənəcək Vaqif Poeziya Günləri də bu mədəni tədbirlərdən biri olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1d/427806852_208:0:2937:2047_1920x0_80_0_0_599c0ff881e265120c1da04c8be128fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şuşa, molla, şeir, cıdır meydanı
şuşa, molla, şeir, cıdır meydanı
Şuşada Vaqif Poeziya Günləri başlayıb
11:29 14.07.2022 (Yenilənib: 11:30 14.07.2022) Poeziya günlərində Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər və qazilər iştirak edirlər.
BAKI, 14 iyul — Sputnik. İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.
Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də "Qarabağ" mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb.
İrəliləyən saatlarda isə tədbirin rəsmi açılışı və konsert-tamaşa olacaq.
Xatırladaq ki, ötən ilin avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir"" və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.
Xatırladaq ki, hələ 1967-ci ildə ümummilli lider Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyıb, ancaq məzarı tapa bilməyiblər. Onun göstərişi ilə məzar tapılıb, Heydər Əliyev bərbad halda olan, dağılmış məzarı ziyarət edib. Nitqlərinin birində o, gördüyü bu məzarın Vaqifə layiq olmadığını söyləyib. Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə və türbə tikilib.
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin Cıdır düşünə yaxın ərazidə inşa edilib. Kompleksdə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.
Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılış mərasimi 1982-ci il 14 yanvarda keçirilib. Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. Soyuq, qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya istedadlı sənət adamları toplaşıb. Şuşada bu tarix milli mədəniyyət və sənət bayramına çevrilib.
Ulu Öndər Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verib. Həmin tarixdən etibarən hər il avqust ayında Vaqif Poeziya Günləri düzənlənib. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib. Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəyə çevrilib. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatıb.
Vaqif Poeziya Günləri bu şəhər erməni quldurları tərəfindən işğal olunandək davam edib. 1992-ci ildə erməni qəsbkarları Şuşadakı milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, həmçinin Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, Vaqif Poeziya Günləri də Şuşada keçirilməyib.
Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Şuşada düzənlənəcək Vaqif Poeziya Günləri də bu mədəni tədbirlərdən biri olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.