https://sputnik.az/20220714/mutexessis-ani-defoltla-uzlese-bilecek-olkeleri-siralayib-443993304.html
Mütəxəssis ani defoltla üzləşə biləcək ölkələri sıralayıb
Mütəxəssis ani defoltla üzləşə biləcək ölkələri sıralayıb
Sputnik Azərbaycan
İqtisadiyyatı turizmdən çox asılı olan dövlətlər risk altındadır 14.07.2022, Sputnik Azərbaycan
2022-07-14T20:49+0400
2022-07-14T20:49+0400
2022-07-14T20:49+0400
defolt
iqtisadiyyat
pakistan
şri-lanka
livan
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_0:123:3055:1841_1920x0_80_0_0_d50193bf07da72ad74cf3f388625a515.jpg
BAKI, 14 iyul — Sputnik. Dörd ölkə - Şri-Lanka, Pakistan, Livan və Ukrayna - yaxın gələcəkdə qəfil defoltla üzləşə bilərlər. Bunu "Otkrıtie İnvestiçii" borc bazarı təhlilinin aparıcı analitiki Aleksandr Şurakov "Praym" agentliyinə bildirib.O vurğulayıb ki, heç bir ölkədə defolt elə-belə baş vermir: əgər ödənişlərin siyasi səbəblərə görə aparılmasının rədd edilməsi ilə bağlı "texniki halları" nəzərə almasaq, buna iqtisadiyyatda irimiqyaslı problemlər səbəb olur ki, bu da "X saat" dan xeyli əvvəl statistikada öz əksini tapır.İqtisadiyyatı turizmdən çox asılı olan dövlətlər risk altındadır - iki illik pandemiyadan sonra bu sektor əhəmiyyətli dərəcədə çöküb. Əgər ölkə enerji daşıyıcılarının idxalına arxalanırsa, demək, vəziyyət daha da pisdir.Tipik bir nümunə, artıq aprel ayında xarici borcunu ödəməyən Şri-Lankadır. Onun iqtisadiyyatı yanacaq tədarükü və turizmdən asılıdır - əgər birinci bahalaşıbsa, ikincidən gələn gəlir sözün əsl mənasında havaya buxarlanıb. Nəticədə, ölkənin valyuta ehtiyatları 2 milyard dollardan azdır, borclar üzrə isə bu il, təxminən, 8,6 milyard dollar ödənilməli idi.Əhali üçün yanacaq alınmasına subsidiya verməli olan Pakistan, həmçinin Livan və Ukrayna da təhlükə altındadır ki, bu da tamamilə gözləniləndir. Lakin Cənubi Avropanın iqtisadiyyatları üçün də risklər var - onlarda dövlət istiqrazları üzrə gəlirlilik artır ki, bu da borclara xidmət xərclərinin artmasına səbəb ola bilər, - deyə Şurakov xəbərdarlıq edib."Yanvarda BVF ilə 44,5 milyard dollarlıq borcun restrukturizasiyası ilə bağlı yeni razılaşma əldə edən Argentinanı unutmayaq. Bu sazişə əsasən, borcun ödənilməsi onun imzalanmasından dörd il sonra başlayacaq və altı il müddətinə uzadılacaq", - deyə ekspert sözünü yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_207:0:2938:2048_1920x0_80_0_0_9d9dd8d64b80e2113d3de2ff1a17ee0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
defolt, pakistan, şri-lanka, livan, ukrayna
defolt, pakistan, şri-lanka, livan, ukrayna
Mütəxəssis ani defoltla üzləşə biləcək ölkələri sıralayıb
İqtisadiyyatı turizmdən çox asılı olan dövlətlər risk altındadır
BAKI, 14 iyul — Sputnik. Dörd ölkə - Şri-Lanka, Pakistan, Livan və Ukrayna - yaxın gələcəkdə qəfil defoltla üzləşə bilərlər. Bunu "Otkrıtie İnvestiçii" borc bazarı təhlilinin aparıcı analitiki Aleksandr Şurakov "Praym" agentliyinə bildirib.
O vurğulayıb ki, heç bir ölkədə defolt elə-belə baş vermir: əgər ödənişlərin siyasi səbəblərə görə aparılmasının rədd edilməsi ilə bağlı "texniki halları" nəzərə almasaq, buna iqtisadiyyatda irimiqyaslı problemlər səbəb olur ki, bu da "X saat" dan xeyli əvvəl statistikada öz əksini tapır.
İqtisadiyyatı turizmdən çox asılı olan dövlətlər risk altındadır - iki illik pandemiyadan sonra bu sektor əhəmiyyətli dərəcədə çöküb. Əgər ölkə enerji daşıyıcılarının idxalına arxalanırsa, demək, vəziyyət daha da pisdir.
Tipik bir nümunə, artıq aprel ayında xarici borcunu ödəməyən Şri-Lankadır. Onun iqtisadiyyatı yanacaq tədarükü və turizmdən asılıdır - əgər birinci bahalaşıbsa, ikincidən gələn gəlir sözün əsl mənasında havaya buxarlanıb. Nəticədə, ölkənin valyuta ehtiyatları 2 milyard dollardan azdır, borclar üzrə isə bu il, təxminən, 8,6 milyard dollar ödənilməli idi.
Əhali üçün yanacaq alınmasına subsidiya verməli olan Pakistan, həmçinin Livan və Ukrayna da təhlükə altındadır ki, bu da tamamilə gözləniləndir. Lakin Cənubi Avropanın iqtisadiyyatları üçün də risklər var - onlarda dövlət istiqrazları üzrə gəlirlilik artır ki, bu da borclara xidmət xərclərinin artmasına səbəb ola bilər, - deyə Şurakov xəbərdarlıq edib.
"Yanvarda BVF ilə 44,5 milyard dollarlıq borcun restrukturizasiyası ilə bağlı yeni razılaşma əldə edən Argentinanı unutmayaq. Bu sazişə əsasən, borcun ödənilməsi onun imzalanmasından dörd il sonra başlayacaq və altı il müddətinə uzadılacaq", - deyə ekspert sözünü yekunlaşdırıb.