Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda 15 nəfər yas mərasimində zəhərlənib

© Sputnik / Irade JELILTəcili yardəm avtomobili
Təcili yardəm avtomobili - Sputnik Azərbaycan, 1920, 14.07.2022
Abunə olmaq
Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır. İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.
BAKI, 14 iyul - Sputnik. Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.
APA-nın xəbərinə görə, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.
Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15 nəfərin halı qəfildən pisləşib.
İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür.
Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır. İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xəbər lenti
0