CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əkin sahələrini yandırmayın ki, həyatınız və işığınız sönməsin! - Azərenerji

© Sputnik / Rahim Muradovİşıq dirəyi, arxiv şəkli
İşıq dirəyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.07.2022
Abunə olmaq
Son günlər ölkənin bir çox ərazilərində biçindən sonra taxıl sahələrinin yandırılması halları artıb və bu da daha geniş əraziləri əhatə edən yanğınlara səbəb olmaqla yanaşı, elektrik xətlərinin normal iş rejiminə də təhlükə yaradır.
BAKI, 14 iyul — Sputnik. "Azərenerji" ASC əhaliyə yüksək gərginlikli elektrik xətlərinin altındakı mühafizə zonasına yem, saman, odun yığmaq, ocaq və yaxud tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrinin biçindən sonra yandırmağın qanunla qadağan edilməsi barədə xəbərdarlıq edib.
Qurum bu məqsədlə "Xətlərin altında ocaq, otlaq və ya əkin sahələrini yandırmayın ki, həyatınız və işığınız sönməsin!" devizi altında videoçarx hazırlayıb.
Son günlər ölkənin bir çox ərazilərində biçindən sonra taxıl sahələrinin yandırılması halları artıb və bu da daha geniş əraziləri əhatə edən yanğınlara səbəb olmaqla yanaşı elektrik xətlərinin normal iş rejiminə də təhlükə yaradır.
Xatırladaq ki, bir neçə gün öncə Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində yanğın baş vermişdi. Yanğın iyulun 11-i gecə saatlarında söndürülüb.
Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib ki, yanğın baş verən ərazilərdə közərən, tüstüləyən ağaclar var:
"Hazırda həmin ərazilərdə söndürülmə işlərini aparırıq. Taxıl sahələrinin biçindən sonra yandırılması əksər hallarda bilərəkdən törədilir. Həmin yanğınlar ətrafda yerləşən meşəlik əraziləri də təhlükə altına alır. Nəticədə belə görüntülər ortaya çıxır".
O, əhaliyə müraciət də edib:
"Bu yanğınlar sadəcə mexaniki becərməni asanlaşdırır. Amma digər tərəfdən o sahə yandırılanda oranın canlı aləmi yanır. Artıq kövşənlərin yandırılması məvhumu olmamalıdır. Fermerlər və sahibkarlar biçindən sonra əkin sahələrini yandırmamalıdılar. Həmçinin meşəlik ərazilərə istirahətə gedənlər ocaqlara nəzarət etmir, söndürmürlər. Bu məsələlərdə diqqətli olsunlar və biganə yanaşmasınlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0