DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya Rusiya qazını əvəz etmək üçün danışıqlar aparır

© AP Photo / Petr David JosekQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.07.2022
Abunə olmaq
İyun ayında "Venture Global LNG" Almaniyanın "EnBW" enerji konserni ilə 2026-cı ildən 20 il ərzində hər il 1,5 milyon ton LNG tədarükü üçün müqavilə imzalayıb.
BAKI, 14 iyul — Sputnik. Almaniya Rusiya yanacağını əvəz edəcək mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı "Shell" və bir sıra digər şirkətlərlə danışıqlar aparır. Bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Söhbət uzunmüddətli müqavilələrin bağlanmasından gedir. Berlin Amerikanın "Venture Global LNG" şirkəti ilə yeni müqavilələr bağlamaq imkanını da nəzərdən keçirir.
İyun ayında "Venture Global LNG" Almaniyanın "EnBW" enerji konserni ilə 2026-cı ildən 20 il ərzində hər il 1,5 milyon ton LNG tədarükü üçün müqavilə imzalayıb. May ayında Almaniyanın enerji şirkəti "RWE" və ABŞ-ın "Sempra İnfrastruktur" şirkəti də tədarüklə bağlı ilkin razılığa gəliblər.
Bundan əvvəl Almaniya Kansleri Olaf Şoltsun iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis bildirmişdi ki, Almaniya avqustun 1-dən Rusiya kömürünün alınmasını tamamilə dayandıracaq, dekabrın 31-dən isə Rusiya neftindən də imtina edəcək. O, həmçinin qeyd edib ki, indi ölkəsi üçün əsas və çox çətin vəzifə gələcəkdə Rusiya qazından imtinanın həlli yollarını tapmaq olacaq.
Kukis qeyd edib ki, bu məqsədlə Almaniya LNG qəbulu üçün terminalları sürətlə inkişaf etdirir. O qeyd edib ki, "ABŞ və Qətər birlikdə Avropanı LNG şəklində təxminən 30 milyard kubmetr qazla təmin edə bilər" və bu hələ də Rusiyadan gələn qazı əvəz etmək üçün kifayət deyil. Almaniyanın iqtisadiyyat naziri Robert Habekin daha əvvəl qeyd etmişdi ki, Almaniya ilin sonuna qədər iki üzən LNG qəbuledici qurğuya, 2023-cü ilin mayına qədər isə daha ikisinə sahib olacaq.
Xəbər lenti
0