https://sputnik.az/20220713/usaqlarda-mede-bagirsaq-infeksiyalari-artib---bas-pediatr-443962090.html
Uşaqlarda mədə-bağırsaq infeksiyaları artıb - Baş pediatr
Uşaqlarda mədə-bağırsaq infeksiyaları artıb - Baş pediatr
Sputnik Azərbaycan
Erkin Rəhimov deyib ki, qızdırma, qusma, ishal əsas əlamətlar arasındadır. 13.07.2022, Sputnik Azərbaycan
2022-07-13T16:17+0400
2022-07-13T16:17+0400
2022-07-13T16:33+0400
pediatr
səhiyyə
infeksiya
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_0:321:3071:2048_1920x0_80_0_0_6f6e6c176baf5009e0cdca8bbebb6464.jpg
BAKI, 13 iyul — Sputnik. "Yay mövsümündə uşaqlarda mədə-bağırsaq infeksiyalarına çox rast gəlinir".Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.E.Rəhimovun sözlərinə görə, bu qəbildən olan rotavirus ilk sıradadır. "Qızdırma, qusma, ishal əsas əlamətlar arasındadır. Adenovirusa nisbətdə daha aqressivdir. Uşaq hər yediyini qaytarır. Adenovirusda isə qızdırma nisbətən daha aşağı olur. İshal bu virusa daha xasdır", həkim qeyd edib.Erkin Rəhimov söyləyib ki, təmizliyə tam riayət olunsa da, uşaqlar infeksiyaya yoluxa, xəstələnə bilər. Onun sözlərinə görə, təmizlik ifrat dərəcədə olmamalıdır: "Hər şeyi strelizə etmək düzgün deyil. Mikrob olmazsa bədən özü ilə mübarizəyə başlayır. Əgər təmizliyə tam riayət olunursa və uşaq tez-tez xəstələnirsə uşağı araşdırmaq lazımdır. Həmin uşaqda immunitet çatışmazlığı ola bilər. Uşaq olan evdə böyük, məktəbə gedən bacı və ya qardaş varsa, uşaq bu zaman da tez-tez xəstələnə bilər. Məktəbə gedən uşaq xəstə olmasa belə çöldən infeksiya gətirə bilər", - deyə həkim bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_340:0:3071:2048_1920x0_80_0_0_ee5e7b82fb828d8a4fe711305c9ae117.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
pediatr, infeksiya
Uşaqlarda mədə-bağırsaq infeksiyaları artıb - Baş pediatr
16:17 13.07.2022 (Yenilənib: 16:33 13.07.2022) Erkin Rəhimov deyib ki, qızdırma, qusma, ishal əsas əlamətlar arasındadır.
BAKI, 13 iyul — Sputnik. "Yay mövsümündə uşaqlarda mədə-bağırsaq infeksiyalarına çox rast gəlinir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
E.Rəhimovun sözlərinə görə, bu qəbildən olan rotavirus ilk sıradadır. "Qızdırma, qusma, ishal əsas əlamətlar arasındadır. Adenovirusa nisbətdə daha aqressivdir. Uşaq hər yediyini qaytarır. Adenovirusda isə qızdırma nisbətən daha aşağı olur. İshal bu virusa daha xasdır", həkim qeyd edib.
Erkin Rəhimov söyləyib ki, təmizliyə tam riayət olunsa da, uşaqlar infeksiyaya yoluxa, xəstələnə bilər. Onun sözlərinə görə, təmizlik ifrat dərəcədə olmamalıdır: "Hər şeyi strelizə etmək düzgün deyil. Mikrob olmazsa bədən özü ilə mübarizəyə başlayır. Əgər təmizliyə tam riayət olunursa və uşaq tez-tez xəstələnirsə uşağı araşdırmaq lazımdır. Həmin uşaqda immunitet çatışmazlığı ola bilər. Uşaq olan evdə böyük, məktəbə gedən bacı və ya qardaş varsa, uşaq bu zaman da tez-tez xəstələnə bilər. Məktəbə gedən uşaq xəstə olmasa belə çöldən infeksiya gətirə bilər", - deyə həkim bildirib.