https://sputnik.az/20220713/sehiyye-nazirliyinden-meymunciceyi-ile-bagli-aciqlama-443956763.html
Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı açıqlama
Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı açıqlama
Sputnik Azərbaycan
Nazirlik ölkəmizə gətirilmiş meymunçiçəyi xəstəliyinin testlərindən hələki istifadə edilmədiyini bəyan edib. 13.07.2022, Sputnik Azərbaycan
2022-07-13T15:12+0400
2022-07-13T15:12+0400
2022-07-13T15:12+0400
meymunçiçəyi
səhiyyə
azərbaycan səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120993_0:134:3001:1822_1920x0_80_0_0_e8f240653d2dff6e22146fc2546ce1c1.jpg
BAKI, 13 iyul — Sputnik. Meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb.Bu barədə Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda durum stabildir, epidemioloji vəziyyət izlənilir: "Yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib".Qeyd edək ki, ötən gün Rusiyada ilk dəfə Avropadan qayıdan gəncdə meymunçiçəyi xəstəliyinə yoluxma faktı təsdiqlənib. Bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən jurnalistlərə bildirilib."Rusiyada ilk meymunçiçəyinə yoluxma halı təsdiqlənib. Xəstəlik Avropa səfərindən qayıdan və xarakterik səpgi ilə tibb müəssisəsinə müraciət edən gəncdə aşkarlanıb", - deyə məlumatda bildirilir.Xatırladaq ki meymunçiçəyi virusuna yoluxma arealının genişlənməsi dünya ölkələrini bu virusla mübarizəyə hazır olmağa məcbur edib. Artıq əksər ölkələr virusun müalicəsi məqsədilə kliniki tibbi protokollar hazırlayıb, mövcud səhiyyə sistemini hazır vəziyyətə gətirib.Azərbaycanda da meymunçiçəyi virusuna yoluxmanı aşkarlamaq üçün testlər gətirilib. Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib.Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib.Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. Şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.Qeyd edək ki, bu günlərdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol işlənib hazırlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442120993_196:0:2803:1955_1920x0_80_0_0_3b74b004efd56013aa5c550473aed5e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
meymunçiçəyi, azərbaycan səhiyyə nazirliyi
meymunçiçəyi, azərbaycan səhiyyə nazirliyi
Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı açıqlama
Nazirlik ölkəmizə gətirilmiş meymunçiçəyi xəstəliyinin testlərindən hələki istifadə edilmədiyini bəyan edib.
BAKI, 13 iyul — Sputnik. Meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda durum stabildir, epidemioloji vəziyyət izlənilir: "Yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib".
Qeyd edək ki, ötən gün Rusiyada ilk dəfə Avropadan qayıdan gəncdə meymunçiçəyi xəstəliyinə yoluxma faktı təsdiqlənib. Bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən jurnalistlərə bildirilib.
"Rusiyada ilk meymunçiçəyinə yoluxma halı təsdiqlənib. Xəstəlik Avropa səfərindən qayıdan və xarakterik səpgi ilə tibb müəssisəsinə müraciət edən gəncdə aşkarlanıb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki meymunçiçəyi virusuna yoluxma arealının genişlənməsi dünya ölkələrini bu virusla mübarizəyə hazır olmağa məcbur edib. Artıq əksər ölkələr virusun müalicəsi məqsədilə kliniki tibbi protokollar hazırlayıb, mövcud səhiyyə sistemini hazır vəziyyətə gətirib.
Azərbaycanda da meymunçiçəyi virusuna yoluxmanı aşkarlamaq üçün testlər gətirilib. Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib.
Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib.
Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. Şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.
Qeyd edək ki, bu günlərdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol işlənib hazırlanıb.