CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
586 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
BAKI, 13 iyul - Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, iyulun 4-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 5 mina və 264 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 586 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbər lenti
0