https://sputnik.az/20220713/narkomaniya-bir-beyin-xesteliyidir-ve-ondan-xilas-mumkundur---psixoloqdan-iddiali-fikirler-443805419.html
Narkomaniya bir beyin xəstəliyidir və ondan xilas mümkündür - Psixoloqdan iddialı fikirlər
Narkomaniya bir beyin xəstəliyidir və ondan xilas mümkündür - Psixoloqdan iddialı fikirlər
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev bildirir ki, uşaqlıq dövründə sevgisizlik, diqqətsizlik də gələcəkdə bu... 13.07.2022, Sputnik Azərbaycan
2022-07-13T09:30+0400
2022-07-13T09:30+0400
2022-07-13T09:59+0400
narkomaniya
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42306/54/423065489_0:162:3064:1886_1920x0_80_0_0_db16c8ca00a3cbbc531677518af100c7.jpg
BAKI, 13 iyul — Sputnik. Beynimizdə 200-dən artıq neyrotransmitterlər var. Neyrotransmitterlər bioloji fəal maddələr olub, elektrokimyəvi impulsun neyronlararası sinaptik boşluq vasitəsilə sinir hüceyrəsindən, eləcə də neyronlardan əzələ toxumasına və ya vəz hüceyrələrinə ötürülməsində iştirak edirlər. Psixoaktiv maddə asılılığında bizi əsas maraqlandıran bu neyrotransmitterlərdən 5 ədədidir. Bunu Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev insan orqanizmində asılılıq yaradan maddələrdən bəhs edərkən deyib. Onun dediyinə görə, sözügedən 5 neyrotransmitterlər - dopamin, serotonin, endorfin, adrenalin və oksitosindir. İstənilən davranış zamanı beynimiz dopamin ifraz edir. Normalda insan beyni 80 faizdən artıq dopamin ifraz etmir. Lakin qeyri-leqal olaraq əldə olunan psixotrop maddələrdən psixostimulyuatorlar - metamfetamin qəbul edildiyi halda birə min beş yüz, iki min dopamin ifraz olunur. Belə olan halda dopamin ifrazı zamanı beyində mükafatlandırma sistemi pozulur.Buna görə də şəxs artıq əvvəlki vərdiş və bacarıqlarından həzz ala bilmir. Yəni, beyin yüksək miqdarda dopamin ifraz etdiyi üçün öncəki davranışlardan həzzalma mexanizmi sıradan çıxır. Belə olan halda beyin yalnız kənardan – maddədən həzzi gözləyir. Bu həzzi yaşamayanda, görməyəndə depressiyaya düşür, davranış pozuntuları yaranır.Mütəxəssis bildirib ki, maddə istifadəçilərinin müalicəsində bir müddət remissiya (remissiya xroniki xəstəlikləri olan insanlarda, bu xəstəliklərin ortaya çıxmasına səbəb olan göstəricilərin, əlamətlərin aradan qalxmasıdır - red.) dövrü başlandıqdan sonra onun əvvəlki həyat tərzini geri qaytaramaq istəyəndə xəstələr etiraf edir ki, məsələn, əvvəllər zövq aldığı musiqi alətiindən indi zövq almır. "Bilirik ki, ən güclü ağrıkəsici morfindir. Ən ağır əməliyyatlarda da narkoz vasitəsilə şəxslərə morfin vurulur. Morfindən qat-qat güclü ağrıkəsici isə endorfindir ki, onu da bizim beynimiz ifraz edir. Bu təbii ağrıkəsicidir. İnsan doğulandan onun beynindən endorfin ifraz olunmağa başlayır", - həkim deyib.O qeyd edib ki, psixoloqlar hamilə qadınlara tövsiyə verəndə də qidalanmaya, dinlədiyi musiqilərə, baxdıqları fimlərə, şəxsiyyətlərarası münasibətlərə diqqət etməyi tövsiyə edirlər. Çünki bu kimi amillər birbaşa uşağın psixologiyasına təsir edir:"Bəzi psixoloqların dediyinə görə 3 yaşadək olan müddətdə yaranan travmalar bu uşaqların gələcəyində mühüm rol oynayır. Belə amillər hətta gələcəkdə başqa şəxslərdən, narkotiklərdən asılı olmasına, qumara, içkiyə meyillənməsinə səbəb ola bilər". Narkotiklərin zərərindən söz açan ekspert bildirir ki, uşaq nə qədər bekar qalsa, bir o qədər çox maddəyə yaxın olur: "1975-1980-ci illərdə maraqlı bir tədqiqat aparılıb. Belə ki, professor kiçik otağı eyni rəngli siçanlarla doldurur, divarı deşir, iki boru yaradır. Borunun biri heroinli, digəri isə adi su ilə dolu olur. Bir neçə ay tədqiqat aparıldıqdan sonra məlum olur ki, siçanlar ancaq heroinli suyu içirlər və onların normal cinsi münasibətləri də yoxdur. Təcrübə prosesinin gedişatını dəyişirlər. Otağı genişləndirib xalçalar sərir, pendirləri ora düzürlər. Lakin borulara əl vurulmur. Nəticədə heç bir siçan heroinli suya yaxın getmir. Bunun mənası odur ki, heç bir insan maddə asılısı kimi doğulmur. Mənfi davranışlara səbəb olan ailə və sosial mühitdir".Ekspert həmçinin qeyd edib ki, bəzi müharibələrdə qorxu amilinə, yuxu probleminə qalib gəlmək üçün əsgərlərə müəyyən psixotrop maddələr verilib: "Məsələn, elə Vyetnam müharibəsində Amerika əsgərlərinə yüksək dozada heroin verilirdi. Amerika Psixiatriya Assosiasiyası bu vəziyyətdən ciddi şəkildə narahat olmağa başladı. Bildirildi ki, müharibə bitdikdən sonra bu şəxslər cəmiyyət üçün potensial təhlükə olacaqlar. Müharibədən sonra bu əsgərlər nəzarətə götürüldülər və onların 90 faizi maddə arxasınca getmədilər, narkotik asılılıqları olmadı".Ramin Allahverdiyevin sözlərinə görə, insanı narkotikə aparan səbəb daxili və xarici resurslarımızdakı boşluqlardır: "Məncə heç bir maddə asılılıq yaratmır. Asılı olan bizim beynimizdir. Elə xəstələr var ki, həyatında marixuananı bir dəfə də olsa istifadə edib, sonradan istifadə etməyib".Ekspert bildirir ki, hazırda narkomaniya ilə bağlı əsas problemlərdən biri mütəxəssis qıtlığıdır: "Bəzi məktəblərdə blogerlər və keçmiş narkotik istifadəçiləri narkomaniya ilə bağlı maarifləndirici tədbirlər keçirirlər. Düşünürəm ki, hansısa şagirdə şpris, yaxud da deformasiyaya uğrayan sümük şəklinin göstərilməsinin faydası yoxdur. Bunu elm də sübut edib. Biz sadəcə, şəxsin daxili və xarici resurslarını genişləndirməliyik. İdmana, kitaba meyilliyi artırmalıyıq, çalışmalıyıq ki, uşaq asudə vaxtını daha dəyərli keçirsin. Müəllim-şagird-valideyn üçbucağı qurulmalı və burada əlaqələr effektiv olmalıdır".Mütəxəssis hesab edir ki, hər bir uşağın davranışına həssas yanaşmaq lazımdır. Uşağın davranışında dəyişiklik varsa, bunun səbəbini öyrənməyə çalışmalıyıq.Onun fikrincə, hər xırda bir hala görə azyaşlının narkotikə qurşandığını düşünmək düzgün yanaşma deyil. Çünki uşaq hər dəfə evə gec gəldikdə, yaxud arıqladıqda, çox tərlədikdə, tez-tez ayaqyoluna getdikdə, bu o demək deyil ki, o, narkotik istifadəçisidir: "Hər şey davranışdan başlayır. Valideyn övladına başa salmalıdır ki, bizim üçün çox dəyərlisən və sənin üçün narahat oluruq".Narkomaniyanı xroniki beyin xəstəliyi adlandıran, bir sıra tədqiqatların nəticələrinə əsaslanan R.Allahverdiyev bildirir ki, uşaqlıq dövründə sevgisizlik, diqqətsizlik də gələcəkdə bu şəxslərin təhlükəli yola yuvarlanmasına səbəb ola bilər.
https://sputnik.az/20210920/A-lmdn-xilas-edn-bloger-z-vladm-dndm-427963040.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42306/54/423065489_168:0:2897:2047_1920x0_80_0_0_3b83fc22b426444faabba3377c25e1b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkomaniya
Narkomaniya bir beyin xəstəliyidir və ondan xilas mümkündür - Psixoloqdan iddialı fikirlər
09:30 13.07.2022 (Yenilənib: 09:59 13.07.2022) Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev bildirir ki, uşaqlıq dövründə sevgisizlik, diqqətsizlik də gələcəkdə bu şəxslərin təhlükəli yola yuvarlanmasına səbəb ola bilər.
BAKI, 13 iyul — Sputnik. Beynimizdə 200-dən artıq neyrotransmitterlər var. Neyrotransmitterlər bioloji fəal maddələr olub, elektrokimyəvi impulsun neyronlararası sinaptik boşluq vasitəsilə sinir hüceyrəsindən, eləcə də neyronlardan əzələ toxumasına və ya vəz hüceyrələrinə ötürülməsində iştirak edirlər. Psixoaktiv maddə asılılığında bizi əsas maraqlandıran bu neyrotransmitterlərdən 5 ədədidir.
Bunu Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev insan orqanizmində asılılıq yaradan maddələrdən bəhs edərkən deyib.
Onun dediyinə görə, sözügedən 5 neyrotransmitterlər - dopamin, serotonin, endorfin, adrenalin və oksitosindir. İstənilən davranış zamanı beynimiz dopamin ifraz edir. Normalda insan beyni 80 faizdən artıq dopamin ifraz etmir. Lakin qeyri-leqal olaraq əldə olunan psixotrop maddələrdən psixostimulyuatorlar - metamfetamin qəbul edildiyi halda birə min beş yüz, iki min dopamin ifraz olunur. Belə olan halda dopamin ifrazı zamanı beyində mükafatlandırma sistemi pozulur.
Buna görə də şəxs artıq əvvəlki vərdiş və bacarıqlarından həzz ala bilmir. Yəni, beyin yüksək miqdarda dopamin ifraz etdiyi üçün öncəki davranışlardan həzzalma mexanizmi sıradan çıxır. Belə olan halda beyin yalnız kənardan – maddədən həzzi gözləyir. Bu həzzi yaşamayanda, görməyəndə depressiyaya düşür, davranış pozuntuları yaranır.
Mütəxəssis bildirib ki, maddə istifadəçilərinin müalicəsində bir müddət remissiya (remissiya xroniki xəstəlikləri olan insanlarda, bu xəstəliklərin ortaya çıxmasına səbəb olan göstəricilərin, əlamətlərin aradan qalxmasıdır - red.) dövrü başlandıqdan sonra onun əvvəlki həyat tərzini geri qaytaramaq istəyəndə xəstələr etiraf edir ki, məsələn, əvvəllər zövq aldığı musiqi alətiindən indi zövq almır.
"Bilirik ki, ən güclü ağrıkəsici morfindir. Ən ağır əməliyyatlarda da narkoz vasitəsilə şəxslərə morfin vurulur. Morfindən qat-qat güclü ağrıkəsici isə endorfindir ki, onu da bizim beynimiz ifraz edir. Bu təbii ağrıkəsicidir. İnsan doğulandan onun beynindən endorfin ifraz olunmağa başlayır", - həkim deyib.
O qeyd edib ki, psixoloqlar hamilə qadınlara tövsiyə verəndə də qidalanmaya, dinlədiyi musiqilərə, baxdıqları fimlərə, şəxsiyyətlərarası münasibətlərə diqqət etməyi tövsiyə edirlər. Çünki bu kimi amillər birbaşa uşağın psixologiyasına təsir edir:
"Bəzi psixoloqların dediyinə görə 3 yaşadək olan müddətdə yaranan travmalar bu uşaqların gələcəyində mühüm rol oynayır. Belə amillər hətta gələcəkdə başqa şəxslərdən, narkotiklərdən asılı olmasına, qumara, içkiyə meyillənməsinə səbəb ola bilər".
Narkotiklərin zərərindən söz açan ekspert bildirir ki, uşaq nə qədər bekar qalsa, bir o qədər çox maddəyə yaxın olur:
"1975-1980-ci illərdə maraqlı bir tədqiqat aparılıb. Belə ki, professor kiçik otağı eyni rəngli siçanlarla doldurur, divarı deşir, iki boru yaradır. Borunun biri heroinli, digəri isə adi su ilə dolu olur. Bir neçə ay tədqiqat aparıldıqdan sonra məlum olur ki, siçanlar ancaq heroinli suyu içirlər və onların normal cinsi münasibətləri də yoxdur.
Təcrübə prosesinin gedişatını dəyişirlər. Otağı genişləndirib xalçalar sərir, pendirləri ora düzürlər. Lakin borulara əl vurulmur. Nəticədə heç bir siçan heroinli suya yaxın getmir. Bunun mənası odur ki, heç bir insan maddə asılısı kimi doğulmur. Mənfi davranışlara səbəb olan ailə və sosial mühitdir".
Ekspert həmçinin qeyd edib ki, bəzi müharibələrdə qorxu amilinə, yuxu probleminə qalib gəlmək üçün əsgərlərə müəyyən psixotrop maddələr verilib:
"Məsələn, elə Vyetnam müharibəsində Amerika əsgərlərinə yüksək dozada heroin verilirdi. Amerika Psixiatriya Assosiasiyası bu vəziyyətdən ciddi şəkildə narahat olmağa başladı. Bildirildi ki, müharibə bitdikdən sonra bu şəxslər cəmiyyət üçün potensial təhlükə olacaqlar. Müharibədən sonra bu əsgərlər nəzarətə götürüldülər və onların 90 faizi maddə arxasınca getmədilər, narkotik asılılıqları olmadı".
Ramin Allahverdiyevin sözlərinə görə, insanı narkotikə aparan səbəb daxili və xarici resurslarımızdakı boşluqlardır: "Məncə heç bir maddə asılılıq yaratmır. Asılı olan bizim beynimizdir. Elə xəstələr var ki, həyatında marixuananı bir dəfə də olsa istifadə edib, sonradan istifadə etməyib".
Ekspert bildirir ki, hazırda narkomaniya ilə bağlı əsas problemlərdən biri mütəxəssis qıtlığıdır: "Bəzi məktəblərdə blogerlər və keçmiş narkotik istifadəçiləri narkomaniya ilə bağlı maarifləndirici tədbirlər keçirirlər. Düşünürəm ki, hansısa şagirdə şpris, yaxud da deformasiyaya uğrayan sümük şəklinin göstərilməsinin faydası yoxdur. Bunu elm də sübut edib. Biz sadəcə, şəxsin daxili və xarici resurslarını genişləndirməliyik. İdmana, kitaba meyilliyi artırmalıyıq, çalışmalıyıq ki, uşaq asudə vaxtını daha dəyərli keçirsin. Müəllim-şagird-valideyn üçbucağı qurulmalı və burada əlaqələr effektiv olmalıdır".
Mütəxəssis hesab edir ki, hər bir uşağın davranışına həssas yanaşmaq lazımdır. Uşağın davranışında dəyişiklik varsa, bunun səbəbini öyrənməyə çalışmalıyıq.
Onun fikrincə, hər xırda bir hala görə azyaşlının narkotikə qurşandığını düşünmək düzgün yanaşma deyil. Çünki uşaq hər dəfə evə gec gəldikdə, yaxud arıqladıqda, çox tərlədikdə, tez-tez ayaqyoluna getdikdə, bu o demək deyil ki, o, narkotik istifadəçisidir:
"Hər şey davranışdan başlayır. Valideyn övladına başa salmalıdır ki, bizim üçün çox dəyərlisən və sənin üçün narahat oluruq".
Narkomaniyanı xroniki beyin xəstəliyi adlandıran, bir sıra tədqiqatların nəticələrinə əsaslanan R.Allahverdiyev bildirir ki, uşaqlıq dövründə sevgisizlik, diqqətsizlik də gələcəkdə bu şəxslərin təhlükəli yola yuvarlanmasına səbəb ola bilər.