Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Milli Qəhrəmanımız haqqında film çəkilib

© Photo : REPROTPolkovnik İlqar Mirzəyevin fotosu
Polkovnik İlqar Mirzəyevin fotosu - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Polkovnik İlqar Mirzəyev haqqında çəkilmiş filmin nümayişi sabah Nizami Kino Mərkəzində olacaq
BAKI, 13 iyul — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlərin istehsalı davam edir. Cəfər Cabbarlı adına "Azerbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, "Artilleriyanın atası" adlanan sonuncu film Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevə həsr olunub.
2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyev haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Musazadə Kamalə Mehralı, operatoru Soltan Abdullayev, montajçıları Musazadə Kamalə Mehralı və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.
"Artilleriyanın atası" sənədli filminin təqdimat mərasimi İlqar Mirzəyevin şəhidliyinin ildönümündə, 14 iyul 2022-ci il tarixində, saat 19-00-da Nizami Kino Mərkəzində olacaq. Qeyd edək ki, 2020-ci ilin 12-14 iyul tarixlərində ermənilərin növbəti təxribatı nəticəsində Tovuz döyüşlərində Polad Həşimov və İlqar Mirzəyevlə birlikdə 12 nəfər şəhid olub.
Xəbər lenti
0