CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhurlar qazini intihar həddinə çatdıranları tənqid etdilər

 qazi - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun faciəli ölümü məşhurları da sarsıdıb. Tanınmışlar bu faciəni vətən üçün rüsvayçılıq adlandırıblar
BAKI, 13 iyul — Sputnik. Xalq artisti Flora Kərimova özünü yandıraraq intihar edən qazinin faciəsinə səssiz qalmayaraq sosial şəbəkədə paylaşım edib.
Flora Kərimova qazini intihar həddinə çatdıranları tənqid edərək yazıb:
"Bu, nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir vətən oğlu niyə çörək üçün balasından utanıb, özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük?"
Xalq artisti baş verən faciə ilə bağlı Sabirabad rayon İcra Hakimiyyətinin başçısını tənqid edib:
"O igid müharibədə qardaş, yoldaş itkisi görmüş biridir. İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havayacan bu oğullara borcluyuq. Çətin idi bir insanı razı salmaq? O torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın axı?! Bəs etmədi bu torpaq üçün şəhid olan 4 min şəhidin qanı ki, yarıcan canları ilə əlləşən qazilər də "qurban" olsun?! İcra başçısı deyir ki, hər bir qayğı göstərilib. Hansı qayğıdır ki, o, özünü öldürüb?! Bəsdirin millətin hissiyyatı ilə oynadınız! Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq!"
Məşhur aktyor və müğənni Cavidan Novruz isə qazini intihardan çəkindirməyən şəxsə qəzəblənib. Aktyor bu barədə bu barədə o, şəxsi "İnstagram" səhifəsinin "Hekayələr" bölümündə yazıb: "O qazi özünü yandırmağa gedəndə onu çəkən şərəfsiz kimdir? Axırda deyir ki, "hə, get, qardaş". Onu çəkən kimdir? O niyə axıra gədər yanında olmadı? Videoya çəkir, yəni onunla razılaşır? Bu nədir? Belə insanlar ne yeyir, nə içir?"
Müğənni-bəstəkar Murad Arif də qazi intiharları ilə bağlı paylaşım edib . O, sosial şəbəkə hesablarında status paylaşıb:
"Qazi intiharları ölkənin üzqarası olmaqla, gəncliyin, millətin vətənpərvərlik duyğularına böyük zərbədir! Qazilərin sosial rifahı, onların psixoloji qayğıları kimlərin ixtiyarına verilibsə, hər bir intihar halı, hər bir problem onların məsuliyyətsizliyinizdir".
Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən 35 yaşlı qazi Elvin Cəfərov ötən gün torpağa tapşırılıb.
Rejissor, aktyor Ramin Hacıyev də baş vermiş faciə ilə bağlı "Hələ 20ci əsrin əvvəllərindən məmurlar millətin başına oyun açıb. Əbədiyyən belə olub. Deməli günah kimdədi?" yazıb.
Xəbər lenti
0