https://sputnik.az/20220713/koronavirusun-ba5-altvarianti-yayilmaqda-davam-edecek---ust-den-aciqlma-443959175.html
Koronavirusun BA.5 altvariantı yayılmaqda davam edəcək - ÜST-dən açıqlma
Koronavirusun BA.5 altvariantı yayılmaqda davam edəcək - ÜST-dən açıqlma
Sputnik Azərbaycan
ÜST bəyan edib ki, BA.5-in yüksək transmissivliyi daha yüksək daxili artım sürəti və əlavə xüsusiyyətlərlə şərtlənir. 13.07.2022, Sputnik Azərbaycan
2022-07-13T15:42+0400
2022-07-13T15:42+0400
2022-07-13T15:42+0400
koronavirus
səhiyyə
üst
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426979464_0:0:3238:1822_1920x0_80_0_0_ef1a8d8ca7626c79ef42ffb86b6590e4.jpg
BAKI, 13 iyul — Sputnik. "Omikron" ştammının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq".Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib. "Bu ilin may ayından etibarən yoluxma səviyyəsi artmağa başladı. Aprel ayından isə dünyada BA.5 altvariantına qeydə alınmış yoluxmanın payında artım müşahidə olunur. İyunun 12-18-də BA.5-ya yoluxma payı 43% təşkil edib. İyulun 1-nə olan məlumata görə, BA.5 artıq 70-dən çox ölkədə aşkar edilib. "Omikron" ştammının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq", - ÜST-dən deyilib.Məlumata görə, BA.5-in yüksək transmissivliyi daha yüksək daxili artım sürəti və əlavə xüsusiyyətlərlə şərtlənir: "BA.4/BA.5-in səbəb olduğu infeksiya dalğası gözləyirik. Ümumilikdə, bu virusun alttipləri haqqında məlumatın olmaması ÜST-nin bu virusu izləmək və ölkələrə ən yaxşı cavab tədbirləri barədə məsləhət vermək qabiliyyətini sual altında qoyur".Qeyd edək ki, bir müddət öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi əhalini koronavirusa qarşı buster doza ilə vaksin olmağa səsləyib.Xatırladaq ki, iyulun 12-nə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/12/426979464_321:0:3052:2048_1920x0_80_0_0_18f95942b81086f5f7468a6a745fbb9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
koronavirus, üst
Koronavirusun BA.5 altvariantı yayılmaqda davam edəcək - ÜST-dən açıqlma
ÜST bəyan edib ki, BA.5-in yüksək transmissivliyi daha yüksək daxili artım sürəti və əlavə xüsusiyyətlərlə şərtlənir.
BAKI, 13 iyul — Sputnik. "Omikron" ştammının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq".
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib. "Bu ilin may ayından etibarən yoluxma səviyyəsi artmağa başladı. Aprel ayından isə dünyada BA.5 altvariantına qeydə alınmış yoluxmanın payında artım müşahidə olunur. İyunun 12-18-də BA.5-ya yoluxma payı 43% təşkil edib. İyulun 1-nə olan məlumata görə, BA.5 artıq 70-dən çox ölkədə aşkar edilib. "Omikron" ştammının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq", - ÜST-dən deyilib.
Məlumata görə, BA.5-in yüksək transmissivliyi daha yüksək daxili artım sürəti və əlavə xüsusiyyətlərlə şərtlənir: "BA.4/BA.5-in səbəb olduğu infeksiya dalğası gözləyirik. Ümumilikdə, bu virusun alttipləri haqqında məlumatın olmaması ÜST-nin bu virusu izləmək və ölkələrə ən yaxşı cavab tədbirləri barədə məsləhət vermək qabiliyyətini sual altında qoyur".
Qeyd edək ki, bir müddət öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi əhalini koronavirusa qarşı buster doza ilə vaksin olmağa səsləyib.
Xatırladaq ki, iyulun 12-nə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.