https://sputnik.az/20220713/britaniyanin-bas-naziri-postu-ugrunda-sekkiz-namized-mubarize-aparir-443932795.html
Britaniyanın Baş naziri postu uğrunda səkkiz namizəd mübarizə aparır
Britaniyanın Baş naziri postu uğrunda səkkiz namizəd mübarizə aparır
Sputnik Azərbaycan
Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalıdır. 13.07.2022, Sputnik Azərbaycan
2022-07-13T07:30+0400
2022-07-13T07:30+0400
2022-07-13T09:57+0400
dünya xəbərləri
boris conson
britaniya
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/42397/19/423971996_0:65:3409:1983_1920x0_80_0_0_faa09221463585c61450516ad6182bad.jpg
BAKI, 13 iyul - Sputnik. Böyük Britaniyanın Baş naziri postuna və Mühafizəkarlar Partiyasının liderliyinə seçim üçün səkkiz namizəd qeydə alınıb.Bu barədə parlament komitəsinin rəhbəri Qrem Bredi məlumat verib.Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalıdır.Ümumilikdə Britaniya parlamentinin İcmalar Palatasındakı Tori fraksiyasında 358 deputatı var.İyulun 13-nə təyin edilmiş səsvermənin birinci raundunda keçmiş xəzinədarlıq naziri Rişi Sunak, xarici işlər naziri Liz Trass, ticarət nazirinin müavini Penni Mordont, maliyyə naziri Nadim Zahavi, keçmiş xarici işlər naziri Ceremi Hant, xarici işlər naziri Britaniya İcmalar Palatasının komitəsi parlament üzvü Tom Tugendhat, İngiltərə və Uels üzrə baş prokuror Sue-Ellen Braverman və deputat Kemi Baidnock iştirak edəcək (APA).Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson iyulun 7-də istefa verib. O, bu barədə xalqa müraciətində bildirib.“Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”, - o, deyib. Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.
https://sputnik.az/20220710/kv-conson-istefa-verdikden-sonra-siyaseti-terk-ede-biler-443883577.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42397/19/423971996_339:0:3070:2048_1920x0_80_0_0_06baa4bb28e68eec9e285b718e2a32ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boris conson, britaniya, böyük britaniya
boris conson, britaniya, böyük britaniya
Britaniyanın Baş naziri postu uğrunda səkkiz namizəd mübarizə aparır
07:30 13.07.2022 (Yenilənib: 09:57 13.07.2022) Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalıdır.
BAKI, 13 iyul - Sputnik. Böyük Britaniyanın Baş naziri postuna və Mühafizəkarlar Partiyasının liderliyinə seçim üçün səkkiz namizəd qeydə alınıb.
Bu barədə parlament komitəsinin rəhbəri Qrem Bredi məlumat verib.
Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalıdır.
Ümumilikdə Britaniya parlamentinin İcmalar Palatasındakı Tori fraksiyasında 358 deputatı var.
İyulun 13-nə təyin edilmiş səsvermənin birinci raundunda keçmiş xəzinədarlıq naziri Rişi Sunak, xarici işlər naziri Liz Trass, ticarət nazirinin müavini Penni Mordont, maliyyə naziri Nadim Zahavi, keçmiş xarici işlər naziri Ceremi Hant, xarici işlər naziri Britaniya İcmalar Palatasının komitəsi parlament üzvü Tom Tugendhat, İngiltərə və Uels üzrə baş prokuror Sue-Ellen Braverman və deputat Kemi Baidnock iştirak edəcək (APA).
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson iyulun 7-də istefa verib. O, bu barədə xalqa müraciətində bildirib.
“Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”, - o, deyib.
Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.