CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qadın Türkiyədə necə uğur qazanıb

© Photo : courtesy of Idlin ArshinovaAzərbaycanlı pianoçu və idmançı İdlin Arşınova
Azərbaycanlı pianoçu və idmançı İdlin Arşınova - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
İdlin Arşınova Sputnik Azərbaycan-a müsahibəsində təhsil aldığı qardaş ölkədə qazandığı uğurlardan danışıb.
BAKI, 13 iyul — Sputnik. Azərbaycanlı pianoçu və idmançı İdlin Arşınova Türkiyədə hər iki sahə üzrə böyük uğurlar qazanıb. Bu günlərdə orada konsert verən İ. Arşınova böyük uğura imza atıb.
O, Sputnik Azərbaycan-a müsahibəsində yaradıcılıq və idman karyerasından ətraflı danışıb.
- İdlin, musiqiyə belə sevgi haradan qaynaqlanır?
- Mən musiqiçi ailəsində böyümüşəm - babam dirijor, nənəm isə pianoçu olub. Bütün bunlara əlavə olaraq xalam Zara Hüseynova Azərbaycanda ilk orqan ifaçısıdır. Əməkdar incəsənət xadimi, ölkədə orqan məktəbinin yaradıcısıdır. Bu baxımdan bizim evdə həmişə musiqi səslənib.
© Photo : courtesy of Idlin ArshinovaAzərbaycanlı pianoçu və idmançı İdlin Arşınova
Азербайджанская пианистка и спортсменка Идлин Аршинова  - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Azərbaycanlı pianoçu və idmançı İdlin Arşınova
Valideynlərim məni təhsil almaq üçün Bülbül adına İxtisaslaşdırılmış xüsusi orta Musiqi Məktəbinə verdilər. Altı yaşımdan pianoda ifa edirəm. Təhsil ocağını fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. Müxtəlif xarici universitetləri nəzərdən keçirdik. Qəbul imtahanlarının nəticələrinə əsasən ən yüksək bal toplayaraq Türkiyənin Yasar Universitetinə qəbul oldum.
Burada bir çox Avropa ölkələrindən müəllimlər dərs dediyi üçün seçimimdən razı qaldım. 2015-ci ildə hətta "Ən yaxşı tələbə" mükafatını da almışam.
- Hansı müsabiqələrdə iştirak etmisiniz?
- İngiltərə, İtaliya, Avstraliya, Bolqarıstan, Amerika və digər ölkələrdə bir çox layihələrdə iştirak etmişəm. Avstriyada keçirilən beynəlxalq fortepiano müsabiqəsində birinci, Türkiyədə ikinci, İtaliyada isə üçüncü yeri tutmuşam. Onların hər biri mənim üçün əzizdir.
© Photo : courtesy of Idlin ArshinovaAzərbaycanlı pianoçu və idmançı İdlin Arşınova
Азербайджанская пианистка и спортсменка Идлин Аршинова  - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Azərbaycanlı pianoçu və idmançı İdlin Arşınova
Mən, həmçinin, tez-tez konsertlərlə çıxışlar edirəm. Bəzən elə olur ki, mənə zəng edib tamaşadan üç gün əvvəl danışırlar. İstənilən musiqiçi öz tədbirinə ən azı beş ay əvvəldən hazırlaşır. Tez hazırlaşıram. Üç gün məşq edirəm, sonra konsertdə ifa ediəm. Allaha şükür, hər şey yaxşı gedir. Ən yadda qalan çıxışım İngiltərədə olub. Ölkənin özünü çox bəyəndim.
- Vətənə tez-tez gəlirsiniz?
- Təəssüf ki, xeyr. Mən çox məşğul olmalıyam. Əlaçı tələbəyəm. Bütün vaxtımı oxumağa sərf edirəm. Hər zaman tələbələr arasında seçilirəm. Mən hətta Polşanın Krakov Musiqi Akademiyasında tələbə mübadiləsi proqramı ilə təhsil almışam. Türkiyə universitetini bitirdikdən sonra onun pulsuz magistr proqramına daxil oldum. 2022-ci ildə "Universitetin Beynəlxalq Platformalarda Uğurlu Təmsilçiliyi" medalı ilə təltif edildim.
© Photo : courtesy of Idlin ArshinovaAzərbaycanlı pianoçu və idmançı İdlin Arşınova
Азербайджанская пианистка и спортсменка Идлин Аршинова  - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Azərbaycanlı pianoçu və idmançı İdlin Arşınova
- Siz təkcə pianoçu deyil, həm də idmançısınız...
- Bəli. Üç yaşından yeddi yaşına qədər gimnastika ilə məşğul olmuşam. On yaşından idman yarışlarında rəqs etməyə başladım. Türkiyəyə köçəndə bu peşəni davam etdirmək qərarına gəldim. Burada bütün layihələrdə bu ölkəni təmsil etdiyim üçün uzun illər Türkiyə Rəqs İdmanları Federasiyasının aktiv idmançısıyam.
Müxtəlif illərdə Türkiyə çempionatlarında birinci və ikinci yerləri tutmuşam. Bundan əlavə, respublika Kubokunda və dünya çempionatında (WLDC) çempionluq qazandım. Hər il altı müsabiqədə iştirak edirəm.
© Photo : courtesy of Idlin ArshinovaAzərbaycanlı pianoçu və idmançı İdlin Arşınova
Азербайджанская пианистка и спортсменка Идлин Аршинова  - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Azərbaycanlı pianoçu və idmançı İdlin Arşınova
- Tamamilə fərqli iki sahəni birləşdirmək çətin deyil?
- Çox çətindir, amma mən bu peşələri sevirəm. Mən məmnuniyyətlə işləyirəm, oxuyuram, konsertlərdə, çempionatlarda çıxış edirəm. Gələcəkdə bunu davam etdirmək niyyətindəyəm.
Bütün bunlarla yanaşı, oxatma ilə də məşğul oluram. Hələlik, bu mənim hobbimdir. Mən, həmçinin, gitara çalıram, mahnı oxuyuram, müxtəlif dilləri öyrənirəm. Mən çox yönlü insan olmaq istəyirəm. Mənə elə gəlir ki, insan nə qədər çox öyrənsə, inkişaf etsə, bir o qədər də yaşayır.
- Hazırda qarşınıza hansı məqsədləri qoymusunuz?
Hazırda doktorluq dissertasiyamı yazıram. Rəfdə toz yığmayacaq material yazmaq istəyirəm. Mənim üçün vacibdir ki, dissertasiyam peşəmlə məşğul olan insanlar üçün maraqlı olsun. Bundan sonra başqa universitetə daxil olmaq fikrindəyəm - mən tərcüməçi olmağı da öyrənmək istəyirəm. Məqsədim oxumaq və daim yeni nələrisə öyrənməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0