https://sputnik.az/20220713/azerbaycanda-super-ay-hadisesi-musahide-olunub-443976588.html
Azərbaycanda Super Ay hadisəsi müşahidə olunub
Azərbaycanda Super Ay hadisəsi müşahidə olunub
Sputnik Azərbaycan
Bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verib ki, bunlar da perigey və tam Aydır. 13.07.2022, Sputnik Azərbaycan
2022-07-13T23:44+0400
2022-07-13T23:44+0400
2022-07-14T09:43+0400
elm
ay
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427047052_0:0:3078:1731_1920x0_80_0_0_63d8f91cfde733f32730c61a5af8031f.jpg
BAKI, 13 iyul - Sputnik. Bu gün Super Ay hadisəsi müşahidə olunub. Bu, 2022-ci ilin 2-ci Super Ayıdır. 1-ci Super Ay iyun ayının 14-də baş verib, bu zaman Aya qədər məsafə 357433 km olub.Bakı Dövlət Universitetinin məlumata görə, bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verib: bu, perigey və tam Aydır.Perigey Bakı vaxtı ilə saat 13:09-da baş verib. Ay Yerə 357 263 km-ə qədər yaxınlaşıb və Ayın görünən diametri 33 dəqiqə 27 saniyə olub. Tam (Dolu) Ay Bakı vaxtı ilə saat 22:38-də görünüb. Super Ay hadisəsini bütün gecə ərzində Azərbaycan ərazisindən müşahidə etmək mümkün olacaq (Report).Qeyd edək ki, son nəhəng Super Ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bu zaman Aya qədər məsafə 356 511 km olub. Bundan sonra növbəti dəfə nəhəng Super Ay 28 ildən sonra təkrarlanacaq. Ayın Yerə ən çox yaxınlaşması axırıncı dəfə 1948-ci ildə olub. Həmin vaxt Aya qədər məsafə 356 461 km təşkil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427047052_347:0:3078:2048_1920x0_80_0_0_c3290313a306282a5fb80d8d6bfc3684.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ay
Azərbaycanda Super Ay hadisəsi müşahidə olunub
23:44 13.07.2022 (Yenilənib: 09:43 14.07.2022) Bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verib ki, bunlar da perigey və tam Aydır.
BAKI, 13 iyul - Sputnik. Bu gün Super Ay hadisəsi müşahidə olunub. Bu, 2022-ci ilin 2-ci Super Ayıdır. 1-ci Super Ay iyun ayının 14-də baş verib, bu zaman Aya qədər məsafə 357433 km olub.
Bakı Dövlət Universitetinin məlumata görə, bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verib: bu, perigey və tam Aydır.
Perigey Bakı vaxtı ilə saat 13:09-da baş verib. Ay Yerə 357 263 km-ə qədər yaxınlaşıb və Ayın görünən diametri 33 dəqiqə 27 saniyə olub. Tam (Dolu) Ay Bakı vaxtı ilə saat 22:38-də görünüb. Super Ay hadisəsini bütün gecə ərzində Azərbaycan ərazisindən müşahidə etmək mümkün olacaq (Report).
Qeyd edək ki, son nəhəng Super Ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bu zaman Aya qədər məsafə 356 511 km olub. Bundan sonra növbəti dəfə nəhəng Super Ay 28 ildən sonra təkrarlanacaq. Ayın Yerə ən çox yaxınlaşması axırıncı dəfə 1948-ci ildə olub. Həmin vaxt Aya qədər məsafə 356 461 km təşkil edib.