CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə monopoliya əsasən Azərbaycan gəmiçiliyinin əlindədir - Kasım Tlepov

© Photo : State Border Service of Azerbaijan RepublicDövlət Sərhəd Xidməti Sahil Mühafizəsi
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi - Sputnik Azərbaycan, 1920, 12.07.2022
Abunə olmaq
Qazaxıstan sənaye və infrastruktur nazirliyinin nəqliyyat komitəsinin rəhbəri deyib ki, Aktau limanında konteyner xabı təşkil etməyi planlaşdırırlar.
BAKI, 12 iyul - Sputnik. Qazaxıstan Xəzərdə 10 bərə işlətməyi, Aktau limanında isə konteyner xabı təşkil etməyi planlaşdırır.

Bu barədə ölkənin sənaye və infrastruktur nazirliyinin nəqliyyat komitəsinin rəhbəri Kasım Tlepov bildirib.

“Öz bərə donanmamızı təşkil etmək fikrindəyik. Uzunmüddətli perspektivdə bərə sayını 10 çatdırmaq niyyətindəyik. Hazırda monopoliya əsasən Azərbaycan gəmiçiiyinin əlindədir”, - deyə Tlepov qeyd edib.

Həmçinin Aktau limanında xab yaratmaq planlaşdırırılır.

“Beynəlxalq logistika şirkətləri cəlb ediləcək, artıq iş gedir. Bu onların konteyner imkanlarını cəlb etməyə imkan verəcək”, - deyə o əlavə edib.
Xəbər lenti
0