Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şabranda baş verən yanğınla əlaqədar bir nəfər məsuliyyətə cəlb edilib

© PhotoŞabranda meşə yanğını
Şabranda meşə yanğını - Sputnik Azərbaycan, 1920, 12.07.2022
Abunə olmaq
Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb.
BAKI. 12 iyul - Sputnik. Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun yaydığı məlumata görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.
Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb.
Polis əməkdaşları tərəfindən E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib və araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.
Xatırladaq ki, Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın iyulun 11-i gecə saatlarında söndürülüb.
Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib ki, yanğın baş verən ərazilərdə közərən, tüstüləyən ağaclar var:
“Hazırda həmin ərazilərdə söndürülmə işlərini aparırıq. Taxıl sahələrinin biçindən sonra yandırılması əksər hallarda bilərəkdən törədilir. Həmin yanğınlar ətrafda yerləşən meşəlik əraziləri də təhlükə altına alır. Nəticədə belə görüntülər ortaya çıxır”.
O, əhaliyə müraciət də edib:
“Bu yanğınlar sadəcə mexaniki becərməni asanlaşdırır. Amma digər tərəfdən o sahə yandırılanda oranın canlı aləmi yanır. Artıq kövşənlərin yandırılması məvhumu olmamalıdır. Fermerlər və sahibkarlar biçindən sonra əkin sahələrini yandırmamalıdılar. Həmçinin meşəlik ərazilərə istirahətə gedənlər ocaqlara nəzarət etmir, söndürmürlər. Bu məsələlərdə diqqətli olsunlar və biganə yanaşmasınlar”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yanğın - Sputnik Azərbaycan, 1920, 11.07.2022
HADİSƏ
Şabranda əkin sahələri və sıx meşəlik ərazi yanğından mühafizə olunub - FHN
Xəbər lenti
0