https://sputnik.az/20220712/sabah-stanbulda-turkiye-rusiya-ve-ukrayna-herbi-heyetleri-arasinda-muhum-gorus-olacaq-443924671.html
İstanbulda Türkiyə, Rusiya və Ukrayna hərbi heyətləri arasında mühüm görüş olacaq
İstanbulda Türkiyə, Rusiya və Ukrayna hərbi heyətləri arasında mühüm görüş olacaq
Sputnik Azərbaycan
Heyətlər Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaq. 12.07.2022, Sputnik Azərbaycan
2022-07-12T17:30+0400
2022-07-12T17:30+0400
2022-07-13T08:12+0400
dünya xəbərləri
rusiya
türkiyə
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441706456_0:320:3073:2048_1920x0_80_0_0_1214f35ec53987bc2536a251a39b3278.jpg
BAKI, 12 iyul - Sputnik. Sabah İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT)nümayəndə heyətləri arasında görüş olacaq.Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.O qeyd edib ki, heyətlər Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaqlar (APA).Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 8-də Balidə jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Ukrayna taxılının ixracı ilə bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırdır. "Biz ukraynalı və türkiyəli həmkarlarımızla danışıqlara hazırıq. Bizim bütün həll yollarımız var: əgər söhbət Ukrayna taxılından gedirsə, Ukrayna öz limanlarını blokdan çıxarmalı, onları təmizləməli və ya minalanmış sahələrdən təhlükəsiz keçidi təmin etməlidir. Artıq Ukraynanın ərazi dənizindən kənarda isə Rusiya və Türkiyə müvafiq gəmilərin təhlükəsizliyini təmin etməyə, onları boğazlara çatdırmağa hazırdırlar. Daha sonra isə bu gəmilər Aralıq dənizinə özləri gedəcəklər", - deyə nazir qeyd edib.O deyib ki, bu məsələdə əsas rolu hərbçilər oynayırlar, çünki təklif olunan sxem hərbi dəniz qüvvələrinin istifadəsini nəzərdə tutur."Danışıqların nə vaxt davam edəcəyini deyə bilmərəm, bir neçə gündür ki, Moskvada deyildim. Amma təsdiq edə bilərəm ki, biz həmişə hazırıq", - deyə nazir əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441706456_74:0:2805:2048_1920x0_80_0_0_b66df26538078c99625e174d613c57c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, türkiyə, ukrayna
İstanbulda Türkiyə, Rusiya və Ukrayna hərbi heyətləri arasında mühüm görüş olacaq
17:30 12.07.2022 (Yenilənib: 08:12 13.07.2022) Heyətlər Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaq.
BAKI, 12 iyul - Sputnik. Sabah İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT)
nümayəndə heyətləri arasında görüş olacaq.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, heyətlər Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaqlar (APA).
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 8-də Balidə jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Ukrayna taxılının ixracı ilə bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırdır.
"Biz ukraynalı və türkiyəli həmkarlarımızla danışıqlara hazırıq. Bizim bütün həll yollarımız var: əgər söhbət Ukrayna taxılından gedirsə, Ukrayna öz limanlarını blokdan çıxarmalı, onları təmizləməli və ya minalanmış sahələrdən təhlükəsiz keçidi təmin etməlidir. Artıq Ukraynanın ərazi dənizindən kənarda isə Rusiya və Türkiyə müvafiq gəmilərin təhlükəsizliyini təmin etməyə, onları boğazlara çatdırmağa hazırdırlar. Daha sonra isə bu gəmilər Aralıq dənizinə özləri gedəcəklər", - deyə nazir qeyd edib.
O deyib ki, bu məsələdə əsas rolu hərbçilər oynayırlar, çünki təklif olunan sxem hərbi dəniz qüvvələrinin istifadəsini nəzərdə tutur.
"Danışıqların nə vaxt davam edəcəyini deyə bilmərəm, bir neçə gündür ki, Moskvada deyildim. Amma təsdiq edə bilərəm ki, biz həmişə hazırıq", - deyə nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.