Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada meymunçiçəyinə ilk yoluxma halı təsdiqlənib

© Photo : CDCElektron mikroskop altında meymunçiçəyi virusu, arxiv şəkli
Elektron mikroskop altında meymunçiçəyi virusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.07.2022
Abunə olmaq
Azərbaycanda da meymunçiçəyi virusuna yoluxmanı aşkarlamaq üçün testlər gətirilib.
BAKI, 12 iyul - Sputnik. Rusiyada ilk dəfə Avropadan qayıdan gəncdə meymun çiçəyi xəstəliyinə yoluxma faktı təsdiqlənib. Bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən jurnalistlərə bildirilib.
"Rusiyada ilk meymuna yoluxma halı təsdiqlənib. Xəstəlik Avropa səfərindən qayıdan və xarakterik səpgi ilə tibb müəssisəsinə müraciət edən gəncdə aşkarlanıb", - deyə məlumatda bildirilir.
Qurumdan bildirilib ki, xəstəliyin yüngül keçir və xəstənin həyatı üçün heç bir təhlükə yoxdur. O, təcrid olunub və yoluxucu profilli tibb müəssisəsindədir.
Qeyd edək ki, meymunçiçəyi virusuna yoluxma arealının genişlənməsi dünya ölkələrini bu virusla mübarizəyə hazır olmağa məcbur edib. Artıq əksər ölkələr virusun müalicəsi məqsədilə kliniki tibbi protokollar hazırlayıb, mövcud səhiyyə sistemini hazır vəziyyətə gətirib.
Azərbaycanda da meymunçiçəyi virusuna yoluxmanı aşkarlamaq üçün testlər gətirilib. Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib.
Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib.
Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. Şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq.
Qeyd edək ki, bu günlərdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol işlənib hazırlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Meymunçiçəyi - Sputnik Azərbaycan, 1920, 08.07.2022
SƏHİYYƏ
Azərbaycan meymunçiçəyi ilə mübarizəyə hazırlaşır - müalicə necə aparılacaq?
Xəbər lenti
0