https://sputnik.az/20220712/opec-neft-hasilatini-artirib-443928600.html
OPEC neft hasilatını artırıb
OPEC neft hasilatını artırıb
Sputnik Azərbaycan
OPEC 2022-ci ildə neftə orta tələbatın gündəlik 100,3 milyon barel səviyyəsində olacağını gözləyir. 12.07.2022, Sputnik Azərbaycan
2022-07-12T19:35+0400
2022-07-12T19:35+0400
2022-07-12T22:33+0400
neft-qaz
opec
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299004_0:0:3071:1728_1920x0_80_0_0_45fd4804537e9d91db9b7e551ec5d65c.jpg
BAKI, 12 iyul - Sputnik. İyun ayında OPEC ölkələri tərəfindən neft hasilatının həcmi sutkada 28,72 milyon barel təşkil edib.Kartelin aylıq hesabatında bildirilir ki, bu, may ayı ilə müqayisədə sutkada 234 min barel çoxdur.İyun ayında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Küveyt və Anqolada neft hasilatı artıb, Liviya və Venesuelada hasilat həcmi azalıb. Nigeriya, Ekvatorial Qvineya, Konqo və Anqola kimi ölkələr isə texniki çətinliklərə görə hasilatı artıra bilmirlər.“May ayı üzrə ilkin məlumatlara görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının ümumi kommersiya ehtiyatları əvvəlki ayla müqayisədə 10,5 milyon barel artıb. Ehtiyatlar 2,68 milyard barel təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 253 milyon barel, beşillik orta göstəricidən 312 milyon barel, 2015-2019-cu illərin orta səviyyəsindən isə 276 milyon barrel azdır”, - hesabatda deyilir.OPEC həmçinin 2022-ci ildə neftə tələbat proqnozunu saxlayıb. Hesabata əsasən, təşkilat orta tələbatın gündəlik 100,3 milyon barel səviyyəsində olacağını gözləyir.OPEC eyni zamanda 2023-cü ilə qədər Rusiyada neft və qaz kondensat hasilatının sutkada 0,2 milyon barel azalaraq 10,4 milyon barelə düşəcəyini proqnozlaşdırır. Bununla belə, OPEC 2022-ci il üzrə hasilat proqnozunu saxlayıb: ilin yekununda neft hasilatının sutkada 10,63 milyon barel təşkil edəcəyini gözlənilir. Bu isə 2021-ci illə müqayisədə 1,6% azdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299004_221:0:2952:2048_1920x0_80_0_0_e35f1fe860d5220fab64806e29084ec5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
opec, rusiya
OPEC neft hasilatını artırıb
19:35 12.07.2022 (Yenilənib: 22:33 12.07.2022) OPEC 2022-ci ildə neftə orta tələbatın gündəlik 100,3 milyon barel səviyyəsində olacağını gözləyir.
BAKI, 12 iyul - Sputnik. İyun ayında OPEC ölkələri tərəfindən neft hasilatının həcmi sutkada 28,72 milyon barel təşkil edib.
Kartelin aylıq hesabatında bildirilir ki, bu, may ayı ilə müqayisədə sutkada 234 min barel çoxdur.
İyun ayında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Küveyt və Anqolada neft hasilatı artıb, Liviya və Venesuelada hasilat həcmi azalıb. Nigeriya, Ekvatorial Qvineya, Konqo və Anqola kimi ölkələr isə texniki çətinliklərə görə hasilatı artıra bilmirlər.
“May ayı üzrə ilkin məlumatlara görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının ümumi kommersiya ehtiyatları əvvəlki ayla müqayisədə 10,5 milyon barel artıb. Ehtiyatlar 2,68 milyard barel təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 253 milyon barel, beşillik orta göstəricidən 312 milyon barel, 2015-2019-cu illərin orta səviyyəsindən isə 276 milyon barrel azdır”, - hesabatda deyilir.
OPEC həmçinin 2022-ci ildə neftə tələbat proqnozunu saxlayıb. Hesabata əsasən, təşkilat orta tələbatın gündəlik 100,3 milyon barel səviyyəsində olacağını gözləyir.
OPEC eyni zamanda 2023-cü ilə qədər Rusiyada neft və qaz kondensat hasilatının sutkada 0,2 milyon barel azalaraq 10,4 milyon barelə düşəcəyini proqnozlaşdırır. Bununla belə, OPEC 2022-ci il üzrə hasilat proqnozunu saxlayıb: ilin yekununda neft hasilatının sutkada 10,63 milyon barel təşkil edəcəyini gözlənilir. Bu isə 2021-ci illə müqayisədə 1,6% azdır.