CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaş bataqlıqdan necə çıxarıldı - FHN köməyə gəldi

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Vətəndaş bataqlıqdan belə çıxarıldı
Vətəndaş bataqlıqdan belə çıxarıldı - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Abunə olmaq
Gənc xüsusi texnikanın köməkliyi ilə çıxarılaraq təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
BAKI, 11 iyul - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları həmişəki kimi vətəndaşların köməyinə çatıb. FHN-in yaydığı məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Hüseynov Elçin Cəmaləddin oğlu qurumaqda olan göldəki bataqlıqda ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı bataqlıqdan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0