DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şinzo Abe ölümündən sonra Yaponiyanın ən yüksək ordeni ilə təltif olunacaq - Media

© Sputnik / Michael Klimentyev / Mediabanka keçidŞinzo Abe
Şinzo Abe - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Abunə olmaq
Keçmiş baş nazirə təqminən 10 metr məsafədən iki atəş açılmışdı.
BAKI, 11 iyul - Sputnik. Yaponiya hökuməti bazar ertəsi keçirilən iclasda Yaponiyanın Nara şəhərində vəfat etmiş keçmiş baş nazir Şinzo Abenin ölümündən sonra ölkənin ən yüksək ordeni ilə təltif edilməsinə qərar verib. RİA Novosti xəbər verir ki, Abe ölümündən sonra Zəncirli Xrizantema Ali Ordeni ilə təltif olunacaq.
Zəncirli Xrizantema ən yüksək ordeni Yaponiyada çox nadir hallarda verilir. Bir qayda olaraq, onu alanlar imperator ailəsinin üzvləri, görkəmli siyasi xadimlər və ya xarici dövlətlərin başçılarıdır.
İndiyə qədər Yaponiyanın özündə cəmi 14 nəfər bu mükafata layiq görülüb, onlardan yalnız altı nəfəri sağlığındadır.
2019-cu ildə ölümündən sonra bu ordenlə təltif edilən sonuncu yapon siyasətçisi keçmiş baş nazir Yasuhiro Nakasone olub.
Şinzo Abe iyulun 8-də Yaponiyanın Nara şəhərində küçə tamaşası zamanı hücuma məruz qalıb.
Hücum edən 41 yaşlı Tetsuya Yamaqami siyasətçinin arxasına, təxminən 10 metr məsafədən iki atəş açıb.
Nara Tibb Universitetinin xəstəxanasına çatdırılan Abe 5 saat sonra dünyasını dəyişib. Mərhum siyasətçinin 67 yaşı var idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0