CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Azərbaycanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəni keçəcək

© AR Ministry of Ecology and Natural ResourcesGöygöl, arxiv şəkli
Göygöl, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Abunə olmaq
Abşeronun şimal çimərliklərində dəniz suyunun temperaturunun 25-26°, cənub çimərliklərində isə 26-27° olacağı gözlənilir.
BAKI, 11 iyul - Sputnik. İyulun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda deyilir.
Bildirilir ki, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq əhalinin ehtiyyatlı olması tövsiyə olunur.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0