Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN Xaçmazda meşə yanğını ilə mübarizə aparır

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanAzərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirirlər, arxiv şəkli
Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirirlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Abunə olmaq
Yenilənir
Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub.
BAKI, 11 iyul - Sputnik. Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Hazırda yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Əlavə məlumat veriləcək.
19:04
Xaçmazdakı yanğın səbəbindən bağlanan yol açılıb.
"Report"un Şimal bürosu xəbər verir ki, avtomobillərin Xaçmaz-Xudat və əks istiqamətdə gediş-gəlişi bərpa olunub.
Qeyd edək ki, Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğınla bağlı Xaçmaz-Xudat avtomobil yolu bağlanıb.
18:37
Xaçmaz rayonunda yanğın baş verən ərazidəki mülki şəxslər təxliyə edilib və bütün mülki obyektlər yanğından mühafizə edilib.
"Report"un Şimal bürosunun məlumatına görə, bu sözləri FHN-nin Şimal Regional Mərkəzin baş zabiti Ramil Güliyev bildirib.
O, qeyd edib ki, hazırda yanğının söndürmə işləri davam etdirilir.
Yanğın olan əraziyə FHN-nin Şimal Regional Mərkəzinin, Xaçmaz rayon İcra Hakimiyyətnin və Xaçmaz rayon Polis Şöbəsinin şəxsi heyəti və canlı qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
18:00
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
"Report" xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
17:03
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xaçmaz rayonu ərazisində meşə yanğını ilə mübarizə aparırlar. FHN mətbuat xidmətinin məlumatında deyilir ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib.
Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0