DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğanla Putin arasında telefon danışığı olub

© Sputnik POOL / Mediabanka keçidTürkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Abunə olmaq
Qara dənizdə taxılın ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması müzakirə olunub
BAKI, 11 iyul - Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bazar ertəsi baş tutmuş telefon danışığı zamanı Suriyadakı vəziyyəti və "taxıl məsələsi"nin həllini müzakirə ediblər. Bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.
"Prezident Rəsəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıq zamanı Suriyadakı vəziyyət, həmçinin Ukrayna hadisələri və Qara dənizdə taxılın ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması müzakirə olunub", - dəftərxanadan bildirilib.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 09.07.2022
RUSİYA
Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib
Xəbər lenti
0