CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün qadınların 15 %-inin sevinc mənbəyi olan şokolad günüdür

© AFP 2024 / Emmanuel DunandŞokoladdan hazırlanmış geyimi nümayiş etdirən model, arxiv şəkli
Şokoladdan hazırlanmış geyimi nümayiş etdirən model, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Abunə olmaq
Azərbaycanın ən ləziz şokolad brendlərdən biri "Çinar"dır ki, onun da istehsal ənənələri Gəncə Qənnadı Fabrikinə məxsusdur.
BAKI, 11 iyul - Sputnik. Bu gün Dünya şokolad günüdür. Şokolad Günü (World Chocolate Day) ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib. Tez bir zamanda məşhurluq qazanaraq Almaniya, İtaliya, İsveçrə və digər Avropa ölkələrində, eləcə də Avropadan kənarda keçirilməyə başlanılıb.
Çox sevdiyimiz şokoladın və şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır. Əvvəllər içki kimi qəbul edilən bu şirniyyatın adı haqqında müxtəlif versiyalar var. Onlardan birinə görə, şokolad qədim astek sözü olub, "xocolatl" yəni, kakao paxlasından alınan içkinin adını bildirir.
© Pexels Kaboompics .comŞokolad
Шоколад, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Şokolad
Mənası isə "acı su" kimi tərcümə olunur. Avropada "qara qızıl" adı ilə tanınması isə ispanlara məxsus olub.
Şokoladın tarixi 3000 il əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir. Təxminən bizim eradan 1500 il əvvəl Meksika körfəzi sahillərində yeni sivilizasiya meydana gəlib. İrəli sürülən fikirlərə əsasən məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən dildə "kakava" kimi tələffüz edilib.
Dünyada sevgi rəmzi kimi tanınan ilk şirniyyat şokoladdır. Şokoladın tərkibindəki fenamin maddəsi insanda sevgi hissi yaradır. Statistikaya əsasən, 20 yaşlı əksər gənclər məhz ağ şokolada üstünlük verir:
Şokolad A, B, C, D, E, kalsium, kalium və natrium vitaminləri ilə zəngindir;
Kakao və şokolad antiseptik xüsusiyyətlərə malik olub dişi bir çox zərərdən qoruyurlar;
Şokolad yeməklə qızdırma, soyuqdəymə xəstəliklərini dəf etmək olur;
Dünyanın ən kalorili şokoladı südlü şokolad hesab edilir;
Dünya qadınlarının 15 %-i hər gün şokolad yeyir.
İsveçrəlilər dünyada ən çox şokolad yeyən əhali sayılır. Belə ki, hesablamalara əsasən, bu ölkədə hər sakinə il ərzində 10 kq. şokolad düşür.
Müasir elm şokoladın tərkibində insanı psixoloji rahatladan elementlərin olduğunu göstərir. Tünd şokoladın növləri bədəndən endorfinin – insanda rahatlıq, xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradan hormonu stimullaşdırır və əhvali-ruhiyyəni yüksəldir.
Həmçinin ehtimal olunur ki, şokolad xərçəng əleyhinə effektə malikdir və qocalma prosesini ləngidir.
Qeyd edək ki, Rusiya dünyanın ən böyük on şokolad ixracatçısından biridir. Onun əsas alıcıları arasında Qazaxıstan, Çin, Səudiyyə Ərəbistanı, Özbəkistan, Belarus var.
Statistik məlumatlara görə, 2021-ci ildə Rusiya qənnadı müəssisələri 2 milyon ton şokolad və şəkərli qənnadı məmulatları istehsal edib ki, bu da 2020-ci illə müqayisədə 9,1% çoxdur və Rusiya Federasiyasında yerli şokolad istehsalı idxalın həcmini 8,2 dəfə üstələyib.
© Sputnik / Kirill KallinikovŞokolad konfetləri
Россия запретила ввоз украинской продукции - Sputnik Azərbaycan, 1920, 11.07.2022
Şokolad konfetləri
Azərbaycanda da bir neçə - “Xonça”, “Rocky”, “Tango”, “Coco”, “Sweet”,“Moredo”, “Belore” kimi şokolad və karamellər istehsal edilir. Ən ləziz brendlərdən biri isə "Çinar" şokoladıdır ki, onun da istehsal ənənələri Gəncə Qənnadı Fabrikinə məxsusdur.
Bu brendin resepti həmin fabrik tərəfindən hazırlanıb. 1973-cü ildə fabrikin açılışı zamanı müxtəlif adda 700-dən çox çeşiddə məhsul istehsal olunurdu.
Gəncə çinarlar şəhəri olduğu üçün şokoladın adının da "Çinar” olmasını tövsiyə olunmuşdu.
“Çinar” şokoladları sovet dönəmində 250, 300 və 500 qramlıq qutularda istehsal olunurdu. Beləliklə, həmin ildən etibarən “Çinar” şokoladları qısa müddətdə brendə çevrilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0