Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabahın hava proqnozu açıqlanıb

© AFP 2023 / BARBARA GINDL / APA / AFPНарциссы, фото из архива
Нарциссы, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.07.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək.
BAKI, 10 iyul - Sputnik. İyulun 11-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 8-13° isti, gündüz 23-28° isti olacaq.
Xəbər lenti
0