Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Qabiliyyət imtahanı verəcək abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər

© Photo : State Examination Center of the Republic of AzerbaijanTest imtahanı, arxiv şəkli
Test imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.07.2022
Abunə olmaq
Dövlət İmtahan Mərkəzi iyul-avqust ayları ərzində keçiriləcək xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə təqvimi təqdim edib.
BAKI, 10 iyul - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahan komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, digər komissiyalar üzrə buraxılış vərəqələrinin yerləşdirilməsi haqqında məlumat veriləcək.
İmtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların şəxsi səhifələrində “İmtahan proqramı” forması yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.
Gecikən abituriyentlər imtahana buraxılmayacaq.
DİM qabiliyyət imtahanlarının təqvimini açıqlayıb
Dövlət İmtahan Mərkəzi iyul-avqust ayları ərzində keçiriləcək xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə təqvimi təqdim edib.
Abituriyentlər qabiliyyət imtahanlarının tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.
Qabiliyyət imtahanları yalnız abituriyentin imtahana buraxılış vərəqəsində göstərilən tarixdə, yerdə və saatda keçirilir.
Xəbər lenti
0