https://sputnik.az/20220710/es-azerbaycanda-hansi-ixtisaslara-gerek-yoxdur-440007792.html
Azərbaycanda hansı ixtisaslara gərək yoxdur?
Azərbaycanda hansı ixtisaslara gərək yoxdur?
Sputnik Azərbaycan
Ölkədə kifayət qədər kitabxana şəbəkəsi var, amma orada çalışanların əksəriyyəti bu ixtisası bitirməyənlərdir - Ekspert 10.07.2022, Sputnik Azərbaycan
2022-07-10T18:05+0400
2022-07-10T18:05+0400
2022-07-10T18:05+0400
ixtisas
təhsil
əmək
bazar
https://cdnn1.img.sputnik.az/img/41227/77/412277729_0:0:1920:1080_1920x0_80_0_0_7b1d84da45a39428f71434d63934ca30.jpg
BAKI, 10 iyul — Sputnik. BDU vergi hüququ ixtisası üzrə magistratura təhsili verə bilər. Bu məsələ bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova və Xidmətin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə görüşdə müzakirə olunub.Ümumiyyətlə, Azərbaycanda hansı ixtisaslar lazımlıdır, hansılar artıq lazımsızdır və yeni ixtisasların açılması hansı kriteriyalara əsasən müəyyələşir?Təhsil eksperti Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər hansı yeni ixtisas üzrə yerlər açmazdan öncə öyrənmək lazımdır ki, həmin ixtisas üzrə ölkənin növbəti 3-5 ildə nə qədər kadra ehtiyacı var: "Hansı ixtisaslar ləğv olunmalıdır, hansı yeni ixtisaslar açılmalıdır, bütün bunlar subyektiv fikirlərə əsaslanmamalıdır. Kitabxanaçılıq fakültəsi Bakı Dövlətdə tədris olunur, hər il 20 nəfər oranı bitirir. Ölkədə kifayət qədər kitabxana şəbəkəsi var, amma orada çalışanların əksəriyyəti bu ixtisası bitirməyənlərdir. Bir sözlə, bütün bu suallara cavab tapmaq üçün əmək bazarı öyrənilməlidir. Konsitutsiyanın 35-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq qeyd edim ki, dövlətin vəzifəsidir ki, əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirsin. Məsələnin digər tərəfi budur ki, ölkədə əmək bazarını öyrənmək üçün iş yerləri leqallaşmalıdır. Təəssülər olsun ki, ölkədəki iş yerlərinin dəqiq uçotu aparılmır. Çünki müəssisələrin böyük hissəsi ayrı-ayrı məmurlara bağlıdır".Ekspert bildirir ki, hansı ixtisaslar üzrə kadr lazımdır, sualına cavab tapmaq üçün iş yelərinin leqallaşmasına ehtiyac var: "Bundan başqa, hətta əmək bazarını öyrənmiş olsaq da, həmin kadrları hazırlamaq üçün nə qədər potensial var, bu məsələ sual doğurur. Digər məsələ, biz bu gün bütün sahələr üzrə ilk növbədə xaricdə təhsil alanları işə qəbul edirik. Hətta həmin şəxsin o sahə üzrə təhsilinin olub-olmaması önəm daşımır. Bu da nəticə etibarı ilə o deməkdir ki, hökumətin özündə belə kadr hazırlığı ilə məşğul olan müəssisələrə inam yoxdur. İş yerlərində xaricdə təhsil alan şəxslər birmənalı şəkildə işə qəbul olunacaqsa, belə çıxır ki, Azərbaycanın təhsil müəssisələri lazım olan kadrı hazırlaya bilmir".O bildirir ki, ali təhsil müəssisələrində kadr hazırlığı aşağı səviyyədədir: "Bizim təhsil müəssiələrini bitirən kadrlar istənilən bir sahə üzrə işə daxil olmaq üçün mütləq repetitor yanına getməlidirlər. Əlavə repetitor yanına gediləcəksə, o zaman bu şəxslərin 4 il aldıqları təhsil nə üçündür?".Ekspert qeyd edir ki, uzun illər ali təhsil müəssisələrində ödənişli təhsilə yer verilməsinin nəticəsi olaraq ali təhsil müəssisələri elm-innovasiya mərkəzi olmqdansa, böyük miqdarda pul qazanmış oldu: "Reallıq budur ki, ali təhsil müəssisələrində ödənişli təhsil üstünlük təşkil edir: "Təsəvvür edin ki, hazırda Azərbaycanda hər 100 nəfərdən 70-i ödənişli təhsil alır. Pandemiya dövründə müəyyən tədbirlər görüldü. Dövlət bakalavr və magistr pilləsində təhsil alan 17 min tələbənin təhsil haqqını üzərinə götürdü".Elşən Qafarov qeyd edir ki, yeni ixsas açılarkən bir sıra nüanslara diqqət yetirmək lazımdır: "BDU vergi ilə bağlı magistr təhsili verir. Universitet bu sahə üzrə bakalvr təhsili vermirsə, orada necə magistr təhsilindən söz gedə bilər? Təbii ki, belə olan halda keyfiyyətdən söz gedə bilməz. Magistrlara təhsil verəcək elmi kadrlar yoxdursa, bu necə olacaq? Arzu edərdim ki, kadr hazırlığı məsələsində keyfiyyətə önəm verilsin"."Qanunvericiliyə görə, dövlət sifarişi ilə təhsil alanları dövlət işə qəbul etməlidir. Lakin reallıqda onların heç bir üstünlüyü yoxdur. Müsahibələrdə xüsusi güzəşt yalnız xaricdə təhsil alanlaradır. Dövlət hər il mindən yuxarı gəncin təhsil haqqını üzərinə götürür. Onlar dövlət sifarişi ilə təhsil alsalar da, dövlət onları işlə təmin etmir", - deyə o əlavə edib.Elşən Qafarov vurğulayır ki, əmək bazarının öyrənilməsi üçün konkret dövlət qurumu olmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41227/77/412277729_213:0:1920:1280_1920x0_80_0_0_bc2fe94da1774007abac29d26c7ac29f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ixtisas, əmək, bazar
Azərbaycanda hansı ixtisaslara gərək yoxdur?
Ölkədə kifayət qədər kitabxana şəbəkəsi var, amma orada çalışanların əksəriyyəti bu ixtisası bitirməyənlərdir - Ekspert
BAKI, 10 iyul — Sputnik. BDU vergi hüququ ixtisası üzrə magistratura təhsili verə bilər. Bu məsələ bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova və Xidmətin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə görüşdə müzakirə olunub.
Ümumiyyətlə, Azərbaycanda hansı ixtisaslar lazımlıdır, hansılar artıq lazımsızdır və yeni ixtisasların açılması hansı kriteriyalara əsasən müəyyələşir?
Təhsil eksperti Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər hansı yeni ixtisas üzrə yerlər açmazdan öncə öyrənmək lazımdır ki, həmin ixtisas üzrə ölkənin növbəti 3-5 ildə nə qədər kadra ehtiyacı var: "Hansı ixtisaslar ləğv olunmalıdır, hansı yeni ixtisaslar açılmalıdır, bütün bunlar subyektiv fikirlərə əsaslanmamalıdır. Kitabxanaçılıq fakültəsi Bakı Dövlətdə tədris olunur, hər il 20 nəfər oranı bitirir. Ölkədə kifayət qədər kitabxana şəbəkəsi var, amma orada çalışanların əksəriyyəti bu ixtisası bitirməyənlərdir. Bir sözlə, bütün bu suallara cavab tapmaq üçün əmək bazarı öyrənilməlidir. Konsitutsiyanın 35-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq qeyd edim ki, dövlətin vəzifəsidir ki, əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirsin. Məsələnin digər tərəfi budur ki, ölkədə əmək bazarını öyrənmək üçün iş yerləri leqallaşmalıdır. Təəssülər olsun ki, ölkədəki iş yerlərinin dəqiq uçotu aparılmır. Çünki müəssisələrin böyük hissəsi ayrı-ayrı məmurlara bağlıdır".
Ekspert bildirir ki, hansı ixtisaslar üzrə kadr lazımdır, sualına cavab tapmaq üçün iş yelərinin leqallaşmasına ehtiyac var: "Bundan başqa, hətta əmək bazarını öyrənmiş olsaq da, həmin kadrları hazırlamaq üçün nə qədər potensial var, bu məsələ sual doğurur. Digər məsələ, biz bu gün bütün sahələr üzrə ilk növbədə xaricdə təhsil alanları işə qəbul edirik. Hətta həmin şəxsin o sahə üzrə təhsilinin olub-olmaması önəm daşımır. Bu da nəticə etibarı ilə o deməkdir ki, hökumətin özündə belə kadr hazırlığı ilə məşğul olan müəssisələrə inam yoxdur. İş yerlərində xaricdə təhsil alan şəxslər birmənalı şəkildə işə qəbul olunacaqsa, belə çıxır ki, Azərbaycanın təhsil müəssisələri lazım olan kadrı hazırlaya bilmir".
O bildirir ki, ali təhsil müəssisələrində kadr hazırlığı aşağı səviyyədədir: "Bizim təhsil müəssiələrini bitirən kadrlar istənilən bir sahə üzrə işə daxil olmaq üçün mütləq repetitor yanına getməlidirlər. Əlavə repetitor yanına gediləcəksə, o zaman bu şəxslərin 4 il aldıqları təhsil nə üçündür?".
Ekspert qeyd edir ki, uzun illər ali təhsil müəssisələrində ödənişli təhsilə yer verilməsinin nəticəsi olaraq ali təhsil müəssisələri elm-innovasiya mərkəzi olmqdansa, böyük miqdarda pul qazanmış oldu: "Reallıq budur ki, ali təhsil müəssisələrində ödənişli təhsil üstünlük təşkil edir: "Təsəvvür edin ki, hazırda Azərbaycanda hər 100 nəfərdən 70-i ödənişli təhsil alır. Pandemiya dövründə müəyyən tədbirlər görüldü. Dövlət bakalavr və magistr pilləsində təhsil alan 17 min tələbənin təhsil haqqını üzərinə götürdü".
Elşən Qafarov qeyd edir ki, yeni ixsas açılarkən bir sıra nüanslara diqqət yetirmək lazımdır: "BDU vergi ilə bağlı magistr təhsili verir. Universitet bu sahə üzrə bakalvr təhsili vermirsə, orada necə magistr təhsilindən söz gedə bilər? Təbii ki, belə olan halda keyfiyyətdən söz gedə bilməz. Magistrlara təhsil verəcək elmi kadrlar yoxdursa, bu necə olacaq? Arzu edərdim ki, kadr hazırlığı məsələsində keyfiyyətə önəm verilsin".
"Qanunvericiliyə görə, dövlət sifarişi ilə təhsil alanları dövlət işə qəbul etməlidir. Lakin reallıqda onların heç bir üstünlüyü yoxdur. Müsahibələrdə xüsusi güzəşt yalnız xaricdə təhsil alanlaradır. Dövlət hər il mindən yuxarı gəncin təhsil haqqını üzərinə götürür. Onlar dövlət sifarişi ilə təhsil alsalar da, dövlət onları işlə təmin etmir", - deyə o əlavə edib.
Elşən Qafarov vurğulayır ki, əmək bazarının öyrənilməsi üçün konkret dövlət qurumu olmalıdır.