https://sputnik.az/20220710/bilesuvarin-7-kendinde-su-problemi-davam-edir-443891222.html
Biləsuvarın 7 kəndində su problemi davam edir
Biləsuvarın 7 kəndində su problemi davam edir
Sputnik Azərbaycan
Yerli sakinlər deyiblər ki, sözügedən kanal bu kəndlərin əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. 10.07.2022, Sputnik Azərbaycan
2022-07-10T19:08+0400
2022-07-10T19:08+0400
2022-07-10T19:08+0400
cəmiyyət
biləsuvar
su
problem
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443496703_0:106:2048:1258_1920x0_80_0_0_ec050f65b4063fbad1a34d3a98693e5f.jpg
BAKI, 10 iyul - Sputnik. Cənub Muğan kanalının quruması nəticəsində Biləsuvar rayonunun bəzi kəndlərində yaranan su problemi davam edir.Bu barədə "Report"a Yuxarı Cürəli, Aşağı Cürəli, Ovçubərə, Təzəkənd, Ağalıkənd, Amankənd və Dərvişli kənd sakinləri müraciət ediblər.Onlar artıq 10 gündən çoxdur ki, problemlərin olduğunu vurğulayıblar: "10 gündür susuz qalmışıq. İyul ayı daxil olandan su kanalı tamamilə quruyub. İçməli su təminatında qıtlıq var".Yerli sakinlər deyiblər ki, sözügedən kanal bu kəndlərin əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir.Hazırda kənd sakinləri içməli suyu pulla şəhərin mərkəzindən sudaşıyan nəqliyyat vasitələri ilə alırlar.Xatırladaq ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1d/443496703_116:0:1933:1363_1920x0_80_0_0_8e88beff1ba4871ba2c238de0d7a1d93.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
biləsuvar, su, problem
Biləsuvarın 7 kəndində su problemi davam edir
Yerli sakinlər deyiblər ki, sözügedən kanal bu kəndlərin əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir.
BAKI, 10 iyul - Sputnik. Cənub Muğan kanalının quruması nəticəsində Biləsuvar rayonunun bəzi kəndlərində yaranan su problemi davam edir.
Bu barədə "Report"a Yuxarı Cürəli, Aşağı Cürəli, Ovçubərə, Təzəkənd, Ağalıkənd, Amankənd və Dərvişli kənd sakinləri müraciət ediblər.
Onlar artıq 10 gündən çoxdur ki, problemlərin olduğunu vurğulayıblar: "10 gündür susuz qalmışıq. İyul ayı daxil olandan su kanalı tamamilə quruyub. İçməli su təminatında qıtlıq var".
Yerli sakinlər deyiblər ki, sözügedən kanal bu kəndlərin əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir.
Hazırda kənd sakinləri içməli suyu pulla şəhərin mərkəzindən sudaşıyan nəqliyyat vasitələri ilə alırlar.
Xatırladaq ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.