https://sputnik.az/20220710/barlar-qelyanxanalar-narkomaniya-ucun-en-munbit-muhite-cevrilib---tehluke-443847908.html
Barlar, qəlyanxanalar narkomaniya üçün ən münbit mühitə çevrilib - Təhlükə
Barlar, qəlyanxanalar narkomaniya üçün ən münbit mühitə çevrilib - Təhlükə
Sputnik Azərbaycan
Hüquqşünas Əliməmməd Nuriyevin fikrincə bəzi barlar, çayxanalar ənclər üçün tələ hesab edilə bilər 10.07.2022, Sputnik Azərbaycan
2022-07-10T22:48+0400
2022-07-10T22:48+0400
2022-07-10T22:48+0400
narkoman
cəmiyyət
əliməmməd nuriyev
əfv məsələləri komissiyası
https://cdnn1.img.sputnik.az/img/42226/91/422269122_0:0:2000:1125_1920x0_80_0_0_3fb9d7ac8e6967b659626a8632843bbd.jpg
BAKI, 10 iyul — Sputnik. Son günlər narkomaniya ilə mübarizə ilə bağlı müxtəlif tədbirlər keçirilir və bu problemin həlli istiqamətində də fərqli fikirlər, təkliflər irəli sürülür.Sputnik Azərbaycan tanınmış hüquqşünas, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevlə ölkədə narkomaniya ilə bağlı vəziyyəti dəyərləndirməyə çalışıb.- Bəzi hallarda biz qonşularımız tərəfindən ölkəmizə qeyri-səmimi münasibətlərin şahidi oluruq. Azərbaycana narkotiklərlə bağlı daha çox xaricdən təcavüzlər olur. Narkoik maddələr bilərəkdən Azərbaycana idxal edilir. Qeyd edim ki, ölkəmizdə narkotiklərin yayılmasının əsas səbəblərindən biri də cənubdan gələn təhlükədir. İrandan ölkəmizə qeyri-qanuni yollarla narkotik idxal edilir.Daxil olan narkotik maddələr arasında sintetik olanlar üstünlük təşkil edir. Bu sintetik maddələr daha çox cənubdan daxil olur. Sərhdələrimiz peşəkarcasına qorunsa da, təəssüflər olsun ki, insanlar ağılasığmaz vasitələr tapırlar. Cəmiyyət də bu bəlanın qarşısını almaqda köməklik etməlidir.- Nə etməliyik?- Əsas məsələ gənclərin asudə vaxtlarının təşkil ilə bağlıdır. Düşünürəm ki, bu istiqamətdə problemlərimiz var. Çünki rayonlarda gənclərin əskəriyyəti bekardır. Yerli icra hakimiyyəti, bələdiyyələr, vətəndaş cəmiyyətləri birləşərək effektli şəkildə bu işi təşkil etməlidirlər. - Narkomanlara münasibət necə olmalıdır?- Narkomanlara münasibəti də dəyişməliyik. Gərək ki, onlara atılmış insanlar kimi baxmayaq. Biz onların aramıza geri dönmələri üçün münbit mühit yaratmalıyıq. Bundan başqa, narkomanlara cinayətkar kimi baxmaqdan imtina etməliyik. Bu problemə sosial və tibbi konsepsiyadan baxmaq lazımdır. Bundan başqa, belə şəxslərin erkən dövrdə müalicələrinə diqqət yetirmək lazımdır.Bundan başqa, laboratoriyalar, klinikalar yaradılmalıdır. Lakin burada dövlət nəzarəti də olmalıdır ki, sui-istifadə halları olmasın. Son illərdə bu istiqamətdə bəzi özəl klinikalar yaradılsa da, onların fəaliyyəti qısa müddətli oldu. - Narkotikin zərərli nəticələrini necə təqdim etmək lazımdır?- Narkoman olan şəxlərin - yəni qurbanların vasitəsilə, əyani nümuələrlə bunu uşaqlara izah edə bilərik. Həmin şəxslərin öncəki və sonrakı həyatını müqayisəli şəkildə göstərmək olar. Belə olan halda yetkinlik yaşına çatmayan şəxslər narkomaniya bəlasından çəkinəcəklər. Narkotik vasitələrin adlarını sadalayıb onlara ziyanları haqda danışmaq isə əksinə yeniyetmələr üçün daha cəlbedici ola bilər.- Başqa nələr etmək olar?- Bunun üçün məhəllələrdə məlumatlandırıcı lövhələr olmalıdır. Hər kəs bilməlidir ki, narkoman, narkomaniya ilə bağlı bir bəla gördükdə kimə müraciət etməlidirlər.Bundan başqa, barlara, qəlyanxanalara diqqət etmək lazımdır. Narkotiklər bu məkanlara geniş ayaq açıb. Gəlirsən çayxanaya əvvəlcə sənə pulsuz siqaret, eyni üsulla qəlyan, bir müddətdən sonra pulsuz narkotik verirlər. Bəzi hallarda ən bahalı məkanlarda da bunu müşahidə etmək mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/91/422269122_227:0:2000:1330_1920x0_80_0_0_4eec514b5b6b31e5485531e7190b646f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkoman, əliməmməd nuriyev, əfv məsələləri komissiyası
narkoman, əliməmməd nuriyev, əfv məsələləri komissiyası
Barlar, qəlyanxanalar narkomaniya üçün ən münbit mühitə çevrilib - Təhlükə
Hüquqşünas Əliməmməd Nuriyevin fikrincə bəzi barlar, çayxanalar ənclər üçün tələ hesab edilə bilər
BAKI, 10 iyul — Sputnik. Son günlər narkomaniya ilə mübarizə ilə bağlı müxtəlif tədbirlər keçirilir və bu problemin həlli istiqamətində də fərqli fikirlər, təkliflər irəli sürülür.
Sputnik Azərbaycan tanınmış hüquqşünas, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevlə ölkədə narkomaniya ilə bağlı vəziyyəti dəyərləndirməyə çalışıb.
- Bəzi hallarda biz qonşularımız tərəfindən ölkəmizə qeyri-səmimi münasibətlərin şahidi oluruq. Azərbaycana narkotiklərlə bağlı daha çox xaricdən təcavüzlər olur. Narkoik maddələr bilərəkdən Azərbaycana idxal edilir. Qeyd edim ki, ölkəmizdə narkotiklərin yayılmasının əsas səbəblərindən biri də cənubdan gələn təhlükədir. İrandan ölkəmizə qeyri-qanuni yollarla narkotik idxal edilir.
Daxil olan narkotik maddələr arasında sintetik olanlar üstünlük təşkil edir. Bu sintetik maddələr daha çox cənubdan daxil olur. Sərhdələrimiz peşəkarcasına qorunsa da, təəssüflər olsun ki, insanlar ağılasığmaz vasitələr tapırlar. Cəmiyyət də bu bəlanın qarşısını almaqda köməklik etməlidir.
- Əsas məsələ gənclərin asudə vaxtlarının təşkil ilə bağlıdır. Düşünürəm ki, bu istiqamətdə problemlərimiz var. Çünki rayonlarda gənclərin əskəriyyəti bekardır. Yerli icra hakimiyyəti, bələdiyyələr, vətəndaş cəmiyyətləri birləşərək effektli şəkildə bu işi təşkil etməlidirlər.
- Narkomanlara münasibət necə olmalıdır?
- Narkomanlara münasibəti də dəyişməliyik. Gərək ki, onlara atılmış insanlar kimi baxmayaq. Biz onların aramıza geri dönmələri üçün münbit mühit yaratmalıyıq. Bundan başqa, narkomanlara cinayətkar kimi baxmaqdan imtina etməliyik. Bu problemə sosial və tibbi konsepsiyadan baxmaq lazımdır. Bundan başqa, belə şəxslərin erkən dövrdə müalicələrinə diqqət yetirmək lazımdır.
Bundan başqa, laboratoriyalar, klinikalar yaradılmalıdır. Lakin burada dövlət nəzarəti də olmalıdır ki, sui-istifadə halları olmasın. Son illərdə bu istiqamətdə bəzi özəl klinikalar yaradılsa da, onların fəaliyyəti qısa müddətli oldu.
- Narkotikin zərərli nəticələrini necə təqdim etmək lazımdır?
- Narkoman olan şəxlərin - yəni qurbanların vasitəsilə, əyani nümuələrlə bunu uşaqlara izah edə bilərik. Həmin şəxslərin öncəki və sonrakı həyatını müqayisəli şəkildə göstərmək olar. Belə olan halda yetkinlik yaşına çatmayan şəxslər narkomaniya bəlasından çəkinəcəklər. Narkotik vasitələrin adlarını sadalayıb onlara ziyanları haqda danışmaq isə əksinə yeniyetmələr üçün daha cəlbedici ola bilər.
- Başqa nələr etmək olar?
- Bunun üçün məhəllələrdə məlumatlandırıcı lövhələr olmalıdır. Hər kəs bilməlidir ki, narkoman, narkomaniya ilə bağlı bir bəla gördükdə kimə müraciət etməlidirlər.
Bundan başqa, barlara, qəlyanxanalara diqqət etmək lazımdır. Narkotiklər bu məkanlara geniş ayaq açıb. Gəlirsən çayxanaya əvvəlcə sənə pulsuz siqaret, eyni üsulla qəlyan, bir müddətdən sonra pulsuz narkotik verirlər. Bəzi hallarda ən bahalı məkanlarda da bunu müşahidə etmək mümkündür.