Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunda Qurban bayramı qeyd edilib

© AR Ministry of DefenceMüdafiə naziri Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitalın açılışında olub
Müdafiə naziri Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitalın açılışında olub - Sputnik Azərbaycan, 1920, 10.07.2022
Abunə olmaq
Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib.
BAKI, 10 iyul - Sputnik. Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib.
Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçular şəhid və sağlamlığını itirən döyüşçülərimizin ailələrini ziyarət edib, onlara Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.
Xəbər lenti
0