https://sputnik.az/20220709/xn-rehberi-azerbaycanin-sulh-danisiqlarinda-musbet-netice-elde-edeceyine-emindir-443869929.html
XİN rəhbəri Azərbaycanın sülh danışıqlarında müsbət nəticə əldə edəcəyinə əmindir
XİN rəhbəri Azərbaycanın sülh danışıqlarında müsbət nəticə əldə edəcəyinə əmindir
Sputnik Azərbaycan
Ceyhun Bayramovun sözlərinə görə, dövlətimiz 44 günlük Vətən Müharibəsi nəticəsində beynəlxalq hüququ, tarixi ədaləti bərpa edib. Sülh quruculuğu prosesində də... 09.07.2022, Sputnik Azərbaycan
2022-07-09T14:00+0400
2022-07-09T14:00+0400
2022-07-09T14:00+0400
siyasət
ceyhun bayramov
xin
şuşa
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296369_0:0:3072:1728_1920x0_80_0_0_01eefdbade6b29905d1a8ca71b06ef27.jpg
BAKI, 9 iyul - Sputnik. “Azərbaycanın, Qarabağın incisi, ölkəmizin və Türk dünyasının mədəniyyət paytaxtı – Şuşada sözün əsl mənasında bizlər üçün bayram bayrama qarışıb”.Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.“Nə xoşbəxt ki, bu gün biz hər birimiz artıq qalib ölkənin vətəndaşları, qalib ölkənin səfirləri, qalib ölkənin diplomatlarıyıq. Mən bu xoşbəxtliyi bizlərə yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq etmək istərdim. Biz bu gün böyük minnətdarlıq hissi ilə şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlar canlarından, qazilərimiz qanlarından keçdi və məhz bunun nəticəsində biz hamımız bu xoşbəxtliyi və sevinci yaşaya bilirik”, - XİN rəhbəri qeyd edib."Biz hərbdə Zəfər qazanmış ölkə olaraq bu gün Şuşada sülh, sülh quruculuğu barədə danışacağıq. Azad edilmiş ərazilərə qayıdış, 30 il Vətən həsrəti ilə yaşayan insanların qayıdış planları barədə danışacağıq", - C.Bayramov əlavə edib.Nazir bildirib ki, hərbdə Zəfər çalmış Azərbaycanın sülh danışıqlarında da qalib olacağına əmindir: “Çox yaxın zamanlarda biz bunun nəticələrini görəcəyik. Bu təqdimatların Şuşada edilməsinin xüsusi rəmzi mənası var. Dövlətimiz 44 günlük Vətən Müharibəsi nəticəsində beynəlxalq hüququ, tarixi ədaləti bərpa etdi. Eyni zamanda, biz sülh quruculuğu prosesində də qalib olmaqla, sözün əsl mənasında bütün dünyaya fərqi göstərəcək, nümayiş etdirəcəyik”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296369_343:0:3072:2047_1920x0_80_0_0_d688f392129b0a1a1ae3de92bd3c1268.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xin, şuşa
ceyhun bayramov, xin, şuşa
XİN rəhbəri Azərbaycanın sülh danışıqlarında müsbət nəticə əldə edəcəyinə əmindir
Ceyhun Bayramovun sözlərinə görə, dövlətimiz 44 günlük Vətən Müharibəsi nəticəsində beynəlxalq hüququ, tarixi ədaləti bərpa edib. Sülh quruculuğu prosesində də qalib olmaqla, sözün əsl mənasında bütün dünyaya fərqi göstərəcək.
BAKI, 9 iyul - Sputnik. “Azərbaycanın, Qarabağın incisi, ölkəmizin və Türk dünyasının mədəniyyət paytaxtı – Şuşada sözün əsl mənasında bizlər üçün bayram bayrama qarışıb”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
“Nə xoşbəxt ki, bu gün biz hər birimiz artıq qalib ölkənin vətəndaşları, qalib ölkənin səfirləri, qalib ölkənin diplomatlarıyıq. Mən bu xoşbəxtliyi bizlərə yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq etmək istərdim. Biz bu gün böyük minnətdarlıq hissi ilə şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlar canlarından, qazilərimiz qanlarından keçdi və məhz bunun nəticəsində biz hamımız bu xoşbəxtliyi və sevinci yaşaya bilirik”, - XİN rəhbəri qeyd edib.
"Biz hərbdə Zəfər qazanmış ölkə olaraq bu gün Şuşada sülh, sülh quruculuğu barədə danışacağıq. Azad edilmiş ərazilərə qayıdış, 30 il Vətən həsrəti ilə yaşayan insanların qayıdış planları barədə danışacağıq", - C.Bayramov əlavə edib.
Nazir bildirib ki, hərbdə Zəfər çalmış Azərbaycanın sülh danışıqlarında da qalib olacağına əmindir:
“Çox yaxın zamanlarda biz bunun nəticələrini görəcəyik. Bu təqdimatların Şuşada edilməsinin xüsusi rəmzi mənası var. Dövlətimiz 44 günlük Vətən Müharibəsi nəticəsində beynəlxalq hüququ, tarixi ədaləti bərpa etdi. Eyni zamanda, biz sülh quruculuğu prosesində də qalib olmaqla, sözün əsl mənasında bütün dünyaya fərqi göstərəcək, nümayiş etdirəcəyik”.