Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

XİN diplomatik xidmət orqanlarının yaradılması münasibətilə paylaşım edib

© Sputnik / Murad OrujovXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 09.07.2022
Abunə olmaq
Azərbaycan XİN-in rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.
BAKI, 9 iyul - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının yaradılması münasibətilə təbrik paylaşıb.
Azərbaycan XİN bu münasibətlə tvitterdə paylaşım edib.
"Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə xarici siyasət sahəsində fəaliyyət göstərən bütün həmkarlarımızı ürəkdən təbrik edirik. Peşə Bayramı Günümüz Mübarək!", - Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter paylaşımında qeyd olunub.
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının yaradılması günüdür. Bu münasibətlə diplomatik xidmət orqanlarının əməkdaşları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.
XİN bu barədə “Twitter“ səhifəsində paylaşım edib.
“9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə XİN-in rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib”, - paylaşımda qeyd olunub.
Xəbər lenti
0