https://sputnik.az/20220709/qurban-bayrami-muselmanlar-ucun-ne-demekdir-443842139.html
Qurban bayramı müsəlmanlar üçün nə deməkdir?
Qurban bayramı müsəlmanlar üçün nə deməkdir?
Sputnik Azərbaycan
Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə... 09.07.2022, Sputnik Azərbaycan
2022-07-09T09:00+0400
2022-07-09T09:00+0400
2022-07-09T09:00+0400
video
qurban bayramı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/07/08/443829886_0:0:1920:1080_1920x0_80_0_0_d4380f9a609a5bf95b303f02ecee490a.jpg
Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.İlahiyyatçı Hacı Adil Hüseynoğlu Qurban bayramının əhəmiyyəti barədə Sputnik Azərbaycan-a danışıb.İlahiyyatçı bildirib ki, Qurban anlayışı İslamdan öncə də mövcud olub və İbrahim Peyğəmbərin sünnəsidir: "Allah öz elçisini imtahan edərək İbrahim peyğəmbərdən övladını qurban etməsini istəyir. Həzrəti İbrahim burada imanın ən pik nöqtəsini nümayiş etdirir".Onun sözlərinə görə, Qurban ənənəsi o vaxtdan qalır: "Quranda da yazılıb ki, müəyyən olunmuş gündə dördayaqlı heyvanları qurban kəsin. İslamda Qurban kəsimi Zilhəccə ayının 10-da Həcc ziyarətində olan hər bir müsəlmana vacib sayılır. Orada olmayan müsəlmanlara isə vacib deyil. Amma qurban kəsilməsi bəyənilən əməllərdən sayılır".Hacı Adil Hüseynoğlu bildirib ki, bu gün dünyadakı ağır vəziyyət insanların ehtiyac içində yaşadığını göstərir: "Qurbanın mahiyyəti ondan ibarətdir ki, cəmiyyətin ehtiyaclı təbəqəsinin ehtiyacı ödənilsin. İmkanı olan hər bir müsəlman qurban kəsə bilər. Dörd növ heyvan qurban kəsilə bilər.Bunlar qoyun, keçi, inək və dəvədir. Rəvayətlərdə də var ki, heyvanların ən gözəlini kəsmək tövsiyə edilir. Yəni xəstə, axsaq heyvanı qurban niyyəti ilə kəsmək bəyənilən deyil.Hacı Adil deyib ki, bayram namazının isə üstü açıq yerlərdə qılınması tövsiyyə olunur.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/08/443829886_240:0:1680:1080_1920x0_80_0_0_bd7639fbd3fa9bb358a4c2ef6f821acd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurban bayramı, azərbaycan, видео
qurban bayramı, azərbaycan, видео
Qurban bayramı müsəlmanlar üçün nə deməkdir?
Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı — kiçik bayram) bayramlar qanuniləşdirilmişdir.
Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.
İlahiyyatçı Hacı Adil Hüseynoğlu Qurban bayramının əhəmiyyəti barədə Sputnik Azərbaycan-a danışıb.
İlahiyyatçı bildirib ki, Qurban anlayışı İslamdan öncə də mövcud olub və İbrahim Peyğəmbərin sünnəsidir: "Allah öz elçisini imtahan edərək İbrahim peyğəmbərdən övladını qurban etməsini istəyir. Həzrəti İbrahim burada imanın ən pik nöqtəsini nümayiş etdirir".
Onun sözlərinə görə, Qurban ənənəsi o vaxtdan qalır: "Quranda da yazılıb ki, müəyyən olunmuş gündə dördayaqlı heyvanları qurban kəsin. İslamda Qurban kəsimi Zilhəccə ayının 10-da Həcc ziyarətində olan hər bir müsəlmana vacib sayılır. Orada olmayan müsəlmanlara isə vacib deyil. Amma qurban kəsilməsi bəyənilən əməllərdən sayılır".
Hacı Adil Hüseynoğlu bildirib ki, bu gün dünyadakı ağır vəziyyət insanların ehtiyac içində yaşadığını göstərir: "Qurbanın mahiyyəti ondan ibarətdir ki, cəmiyyətin ehtiyaclı təbəqəsinin ehtiyacı ödənilsin. İmkanı olan hər bir müsəlman qurban kəsə bilər. Dörd növ heyvan qurban kəsilə bilər.Bunlar qoyun, keçi, inək və dəvədir. Rəvayətlərdə də var ki, heyvanların ən gözəlini kəsmək tövsiyə edilir. Yəni xəstə, axsaq heyvanı qurban niyyəti ilə kəsmək bəyənilən deyil.
Hacı Adil deyib ki, bayram namazının isə üstü açıq yerlərdə qılınması tövsiyyə olunur.