https://sputnik.az/20220709/lon-mask-twitter-i-almaqdan-imtina-edib-443876640.html
İlon Mask Twitter-i almaqdan imtina edib
İlon Mask Twitter-i almaqdan imtina edib
Sputnik Azərbaycan
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusunun vəkilləri artıq Twitter şirkətinin Hüquq departamentinə müvafiq bildirişi göndəriblər. 09.07.2022, Sputnik Azərbaycan
2022-07-09T20:24+0400
2022-07-09T20:24+0400
2022-07-09T20:24+0400
dünya xəbərləri
ilon mask
twitter
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561626_0:0:2989:1682_1920x0_80_0_0_f90397c49b18d35ff8fc97a462185cfb.jpg
BAKI, 9 iyul - Sputnik. Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Twitter şirkətinin alışı ilə bağlı müqaviləyə xitam verib.Maskın vəkilləri artıq Twitter şirkətinin Hüquq departamentinə müvafiq bildirişi göndəriblər.Ötən ayın sonlarında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərilən bildirişlərdə səhmdarlara yönəlmiş “Twitter İdarə Heyəti birləşmə razılaşmasını qəbul etmək üçün yekdilliklə səs vermənizi tövsiyə edir” ifadəsi yer alıb. Açıqlamada vurğulanıb ki, səhmdarların sahib olduqları səhmlərin sayından asılı olmayaraq, onların səsləri çox vacibdir. Əvvəllər Twitter-də 9,2 faiz pay alan İlon Mask aprelin 14-də SEC-ə göndərdiyi bildirişdə bütün Twitter üçün hər səhmə 54,2 dollar təklif etmişdi.Aprelin 25-də Twitter-dən verilən açıqlamada şirkətin Maska satılması ilə bağlı razılığın əldə edildiyi bildirilib. Mask mayın 13-də elan edib ki, sosial media şirkəti Twitter-i təxminən 44 milyard dollara satın alma müqaviləsi müvəqqəti olaraq dayandırılıb. İlon Musk Twitter hesabında etdiyi paylaşımda Twitter müqaviləsinin "spam və saxta hesabların ümumi istifadəçilərin 5 faizindən azını təşkil etməsi ilə bağlı gözlənilən detallara görə" müvəqqəti olaraq dayandırıldığını açıqlayıb. Digər tərəfdən, Qətər İqtisadi Forumu çərçivəsində Bloomberg-ə müsahibə verən Mask, səhmdarlar tərəfindən sövdələşmənin təsdiqlənməsini Twitter müqaviləsi ilə bağlı bir neçə "həll edilməmiş problem"dən biri kimi qeyd edib.Qeyd edək ki, bundan bir müddət əvvəl "Twitter"in səhmdarı Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Təlal İlon Maskın sosial şəbəkənin səhmlərinin hamısını (100%) almaq təklifini rədd etmişdi.Səhmdar şahzadə, bu məbləğin "Twitter"in real dəyəri ilə müqayisədə uyğunsuz olduğunu hesab edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561626_240:0:2971:2048_1920x0_80_0_0_ac759c7e58849e4744e677f05018adae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask, twitter
İlon Mask Twitter-i almaqdan imtina edib
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusunun vəkilləri artıq Twitter şirkətinin Hüquq departamentinə müvafiq bildirişi göndəriblər.
BAKI, 9 iyul - Sputnik. Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Twitter şirkətinin alışı ilə bağlı müqaviləyə xitam verib.
Maskın vəkilləri artıq Twitter şirkətinin Hüquq departamentinə müvafiq bildirişi göndəriblər.
Ötən ayın sonlarında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərilən bildirişlərdə səhmdarlara yönəlmiş “Twitter İdarə Heyəti birləşmə razılaşmasını qəbul etmək üçün yekdilliklə səs vermənizi tövsiyə edir” ifadəsi yer alıb. Açıqlamada vurğulanıb ki, səhmdarların sahib olduqları səhmlərin sayından asılı olmayaraq, onların səsləri çox vacibdir.
Əvvəllər Twitter-də 9,2 faiz pay alan İlon Mask aprelin 14-də SEC-ə göndərdiyi bildirişdə bütün Twitter üçün hər səhmə 54,2 dollar təklif etmişdi.
Aprelin 25-də Twitter-dən verilən açıqlamada şirkətin Maska satılması ilə bağlı razılığın əldə edildiyi bildirilib.
Mask mayın 13-də elan edib ki, sosial media şirkəti Twitter-i təxminən 44 milyard dollara satın alma müqaviləsi müvəqqəti olaraq dayandırılıb.
İlon Musk Twitter hesabında etdiyi paylaşımda Twitter müqaviləsinin "spam və saxta hesabların ümumi istifadəçilərin 5 faizindən azını təşkil etməsi ilə bağlı gözlənilən detallara görə" müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Digər tərəfdən, Qətər İqtisadi Forumu çərçivəsində Bloomberg-ə müsahibə verən Mask, səhmdarlar tərəfindən sövdələşmənin təsdiqlənməsini Twitter müqaviləsi ilə bağlı bir neçə "həll edilməmiş problem"dən biri kimi qeyd edib.
Qeyd edək ki, bundan bir müddət əvvəl "Twitter"in səhmdarı Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Təlal İlon Maskın sosial şəbəkənin səhmlərinin hamısını (100%) almaq təklifini rədd etmişdi.
Səhmdar şahzadə, bu məbləğin "Twitter"in real dəyəri ilə müqayisədə uyğunsuz olduğunu hesab edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.