Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusun yeddinci dalğası başlayır - Əhali təşviş içində - Video

Abunə olmaq
Günel Sadıqova bildirib ki, hazırki virus yüksək yoluxuculuğa malikdir və hədəf olaraq ağciyələri zədələyir.
BAKI, 9 iyul — Sputnik. Azərbaycanda koronavirusa yoluxma sayında son günlər artımın baş verməsi ölkəmizdə narahatlıq yaradıb. Hətta bu gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə yaydığı məlumatda da yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla biləcəyi vurğulanıb.
Qeyd edək ki, ölkəmizdə bu ayın əvvəli ilə müqayisədə koronavirusa yoluxmada artım müşahidə olunur. Bu ilin iyul ayının 1-nə olan yoluxma statistikasına görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb. İyulun 7-də isə koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
2021-ci ilin iyul ayını bu gün ilə müqayisə etsək, ötən il iyun ayının 7-də Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb. Həmin ilin iyul ayının 1-də isə koronavirus infeksiyasından 56 nəfər müalicə olunaraq sağalıb, 75 yeni yoluxma faktı qeydə alınıb.
2020-ci il iyulun 7-də koronavirus (COVID-19) infeksiyasına 526 yeni yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb. Həmin ilin iyul ayının 1-ə olan yoluxma statistikasına görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb.
Bəs görəsən koronavirusun yeni yayılmış mutasiyası təhlükəlidirmi?
Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda koronavirusun yeddinci dalğası başlayıb. Onun sözlərinə görə, hazırda yayılan Omicronun BA.4 və BA.5 altnövləri hesab olunur: "Bu daha yüksək yoluxuculuğa malikdir. Ağır keçir, hədəf olaraq ağciyələri zədələyir".
Həmsöhbətimiz bildirib ki, Azərbaycanda ağırlaşmalar müşahidə olunmur, xəstəlik adi qrip kimi keçir: "Hazırda yayılan dalğa yoluxuculuq qabiliyyətinə görə Alfa və Delta variantlarına bənzəyir". Bütün qadağaların götürülməsi yoluxmanı sürətləndirir. Hələki qapalı məkanlarda tibbi maskadan Şöbə müdiri bildirib ki, yoluxmadan qorunmaq üçün qapalı məkanlarda tibbi maskadan istifadə tövsiyyə edilir:
"Koronavirusla bağlı tətbiq edilmiş bütün məhdudiyyətlərin götürülməsi yoluxma riskini artırır. İnsanlar əvvəlki kimi qorunma qaydalarına əməl etmirlər. Bu isə ölkəmizdə son günlər yoluxma dinamikasını artırıb. Biz tibbi maskadan istifadə edəriksə virusa yoluxmadan qismən də olsa qoruna bilərik".
Paytaxt əhalisi arasında isə koronavirusa yoluxma sayında artımdan ehtiyatlanan da var, narahat olmayan da.
Elnur Abıyev adlı paytaxt sakini Sputnik Azərbaycan-ın keçirdiyi sorğuda iştirak edərək koronavirusdan qorxmadığını söyləyib: "Koronavirusdan qorxmuram, mənim fikrimcə maska gəlsə də taxmağa ehtiyac qalmayacaq. Maskada hamı gizlənirdi. Həm də maska qorumurdu. Maksa taxanda yoluxma sayı 7 min olurdu".
Rafiq Keçəlov isə hesab edir ki koronavirus süni yaradılıb və süni olaraq artırılıb-azaldılır. O, bildirib ki, koronavirusa yoluxma sayından asılı olaraq maska taxmağa ehtiyacın olub-olmadığı barədə qərar verilə bilər.
Əhməd Məmmədov isə əgər koronavirusa yoluxmada həqiqətən artım varsa maska taxmaq olar: "Amma təbii ki, əgər doğurdan da yoluxma artırsa, statistika maska taxmaq olar. Amma mən istəməzdim. Alimlər hesab edirsə təhlükəlidir, onda inanmaq olar. Amma hazırda fikrimcə təhlükəli heç nə yoxdur".
Əziz İsgəndərzadə adlı sorğu iştirakçısı isə tibbi maskaya ehtiyac görmədiyini söyləyib. Bildirib ki, yoluxma artarsa narahatlıq keçirər: "Amma o demək deyil ki, biz tam qapanmalıyıq. Maska qoruyucu vasitıdir, biz də buna inanırıq".
Qeyd edək ki, bu gün üç qurumun birgə yaydığı məlumatda bildirilir ki, dünya ölkələrinin bütün səylərini koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktik tədbirlərə yönəltməsinə baxmayaraq, pandemiyanın qarşısını tam almaq hələ də mümkün olmayıb. Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq xəstəliyə yoluxma halları təxminən 20 faiz artıb. Dünyada müşahidə olunan yüksək artım fonunda ölkəmizdə həyata keçirilən mühüm preventiv tədbirlər, eyni zamanda əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində son bir neçə ay ərzində Azərbaycanda epidemioloji vəziyyətin sabit saxlanılmasına nail olunub.
Son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib. Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər.
Əlavə olaraq bildiririk ki, respublikamızda virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var.
Məlumat üçün bildirək ki, COVID-19 infeksiyasına yoluxmuş şəxslər əksər hallarda xəstəliyi yüngül, lakin bəzi insanlar (yaşı 65-dən yuxarı olan və hər hansı bir yanaşı xəstəliyi olanlar) nisbətən ağır keçirirlər. Risk qrupuna daxil olan vətəndaşlara sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri, koronavirusun əlamətlərini hiss etdikdə ilk növbədə sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur.
Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir.
Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur".
Xəbər lenti
0