DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin binasında azıb

© REUTERS / Greg Nash/POOLДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.07.2022
Abunə olmaq
ABŞ prezidenti Mərkəzi Kəşfiyyat İdarəsinin binasında çıxış etdikdən sonra oradan necə çıxacağını bilməyib.
BAKI, 9 iyul - Sputnik. ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin binasında çıxış etdikdən sonra binadan çıxış yolu tapa bilməyərək azıb.
Fox News kanalının yayımladığı kadrlarda Ağ Ev rəhbərinin necə çıxış edərək auditoriyaya getdiyini, bundan sonra əllərini açıb bir neçə saniyə çaşqın halda dayandığını görmək olar.
Amerika liderini vəziyyətdən onu müşayiət edən tədbir iştirakçıları çıxarıblar. Onlar ahıl prezidentin əlini sıxaraq onu çıxışa doğru istiqamətləndiriblər.
ABŞ prezidenti mütəmadi olaraq yöndəmsiz vəziyyətlərə düşür. Belə ki, Madriddə keçirilən NATO sammitində Bayden kral protokolunu pozub. Müəyyən edilmiş qaydalara zidd olaraq, o, əvvəlcə İspan monarxı VI Filiplə deyil, Kraliça Letisiya ilə salamlaşıb, sonra əli ilə onun belini qucaqlayıb.
Xəbər lenti
0