Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar ayrılan heyvan kəsimi yerləri

Abunə olmaq
Bu gün və sabah davam edəcək bayram günləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq
Bu gün Azərbaycanda Müqəddəs Qurban bayramıdır. Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Beləliklə, bu gündən etibarən ayın 12-dək bayramlarla əlaqədar ardıcıl 4 qeyri-iş günü olacaq.
Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunur.
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları http://afsa.gov.az/uploads/kesim_2022.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.
Bundan başqa, vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə bilərlər:
Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C;
Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 26;
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22;
Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20;
Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın arxası);
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ("İnşaatçılar" metro stansiyasının yaxınlığı);
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H;
Sumqayıt şəhəri, Çerkassı küçəsi, 53-cü məhəllə.
Xəbər lenti
0