Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən Litva və Aİ-yə sərt tədbirlər barədə xəbərdarlıq edildi

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, əgər vəziyyət yaxın günlərdə sabitləşməsə, o zaman Rusiya Litva və Aİ-yə qarşı sərt tədbirlər görəcək.
BAKI, 8 iyul - Sputnik. Bəzi malların Kalininqrada və oradan tranziti bərpa olunmasa, Rusiya Litva və Avropa İttifaqına “sərt tədbirlər” tətbiq edəcək.
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
“Əgər vəziyyət yaxın günlərdə sabitləşməsə, o zaman Rusiya Litva və Aİ-yə qarşı sərt tədbirlər görəcək. Məsələnin həlli çox uzun çəkdi", - deyə Zaxarova bildirib.
Qeyd edək ki, NATO-nun üzvü olan Litva Aİ-nin sanksiyalarına məruz qalan malların öz ərazisindən Baltikyanı eksklava və oradan tranzitinə qadağa qoyub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu günlərdə demişdi ki, Kreml Litvanın Kalininqrad vilayətinə tranzitin qadağan edilməsi qərarı ilə bağlı əlaqədar hadisələrin inkişafı üçün müxtəlif ssenariləri nəzərdən keçirir, lakin Vilnüsdə "sağlam düşüncənin üstün gələcəyinə" ümid edir.
Onun sözlərinə görə, Kreml bu vəziyyətin tənzimlənməsini gözləyir və daha yaxşı nəticəyə ümid edir.
"Təbii ki, hadisənin daha pis inkişafı halında müxtəlif ssenariləri nəzərdən keçiririk. Biz çox şey söyləmək istəmirik. Ümid edirik ki, sağlam düşüncə üstünlük təşkil edəcək", - deyə Kremlin sözçüsü qeyd edib.
Bu yaxınlarda Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirib ki, vilayətin hakimiyyət orqanları Litvanın qadağasına mümkün cavab variantları olan sənədi Rusiya hökumətinə təhvil verib.
İyunun 18-dən etibarən "Litva Dəmir Yolları" Avropa İttifaqı sanksiyaları altında olan bir sıra malların Kalininqrada tranzitini dayandırıb.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də "LXR" və "DXR" rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların səbəbi olub.
Kreml  - Sputnik Azərbaycan, 1920, 04.07.2022
RUSİYA
Kreml Kalininqrad vilayətinin blokadasına görə Litvaya qarşı cavab tədbirləri barədə
Xəbər lenti
0