Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Kalininqrad vilayətinin blokadasına görə Litvaya qarşı cavab tədbirləri barədə

© AFP 2023 / YURI KADOBNOVKreml
Kreml  - Sputnik Azərbaycan, 1920, 04.07.2022
Abunə olmaq
Peskov deyib ki, Kreml Kalininqrad vilayətinə tranzit qadağası ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirir.
BAKI, 4 iyul — Sputnik. Kreml Litvanın Kalininqrad vilayətinə tranzitin qadağan edilməsi qərarı ilə bağlı əlaqədar hadisələrin inkişafı üçün müxtəlif ssenariləri nəzərdən keçirir, lakin Vilnüsdə "sağlam düşüncənin üstün gələcəyinə" ümid edir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kreml bu vəziyyətin tənzimlənməsini gözləyir və daha yaxşı nəticəyə ümid edir.
"Təbii ki, hadisənin daha pis inkişafı halında müxtəlif ssenariləri nəzərdən keçiririk. Biz çox şey söyləmək istəmirik. Ümid edirik ki, sağlam düşüncə üstünlük təşkil edəcək", - deyə Kremlin sözçüsü qeyd edib.
Bu yaxınlarda Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirib ki, vilayətin hakimiyyət orqanları Litvanın qadağasına mümkün cavab variantları olan sənədi Rusiya hökumətinə təhvil verib.
İyunun 18-dən etibarən "Litva Dəmir Yolları" Avropa İttifaqı sanksiyaları altında olan bir sıra malların Kalininqrada tranzitini dayandırıb.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də "LXR" və "DXR" rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların səbəbi olub.
Xəbər lenti
0